“Vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir”
Tarix: 10.07.2018 | Saat: 20:55:00 | E-mail | Çapa göndər


“Son vaxtlar vergi və gömrük sistemlərində aparılan islahatlar öz bəhrəsini verir. Bu sahələr bir-birinə bağlı olan sahələrdir və əlbəttə ki, islahatlar hər iki sahədə paralel olaraq aparılmalıdır və aparılır.” Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı qeyd edib ki, ölkəmizdə vergi və gömrük sistemlərində tam şəffaflıq təmin edilir, sahibkarlara isə bərabər şərait yaradılıb. Prezident, həmçinin vurğulayıb ki, sahibkarlar da öz növbəsində qanunlara riayət etməli, vergidənyayınma hallarına son qoyulmalı, qaçaqmalçılıqla məşğul olmamalı və ölkə iqtisadiyyatına ziyan vurmamalıdırlar. Prezident deyib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara 2,2 milyard manat güzəştli kreditlər verilib. Ancaq bu kreditlər hesabına ölkəmizdə 163 min yeni iş yerinin yaradıldığını deyən dövlət başçısı qeyd edib ki, bu il də 170 milyon manat güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Onun böyük hissəsi artıq altı ayda verilib. Qalan hissə də veriləcək: "Eyni zamanda, sahibkarlara metodiki tövsiyələr, məsləhətlər verilir. Biz xaricdə ticarət evlərinin açılması ilə sahibkarlara şərait yaradırıq ki, onlar öz ixrac imkanlarını genişləndirsinlər. Deyə bilərəm ki, bu gün Azərbaycan dövləti qeyri-neft məhsullarının ixracının artırılmasına sahibkarlardan daha çox çalışır. Sahibkarlar bir qədər passivdirlər. Elə bil, maraqlı deyillər ki, xarici bazarlara çıxsınlar. Ona görə dövlət bütün bu işləri öz üzərinə götürüb. Mənim tapşırığımla bir çox sərgilər, təqdimatlar keçirilir, ticarət evləri açılır. Bu proses çox geniş vüsət alacaq. İndi bir neçə ticarət evi açılıb. Məncə, Azərbaycanın xaricdə onlarla ticarət evi açılmalıdır. Sahibkarlar da bu işlərdə fəal iştirak etsinlər, xüsusilə ixracla bağlı öz səylərini artırsınlar".
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.07.2018
Muzey işçilərinin assosiasiyası yaradılacaq
19.07.2018
Saxta sənədlərlə dövlət sərhədini keçmək istədilər
19.07.2018
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib
18.07.2018
Müsabiqəyə 7 min vakant müəllim yeri çıxarılıb
18.07.2018
Müsabiqədən keçən namizədlərlə söhbətlər iyulun 30-dan başlanılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9661

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Təxribatçıların çağırışlarına inanmayın”
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info