Yaponiyaya xalça ixrac edəcilək
Tarix: 11.07.2018 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


Gələn il 10 xalça emalatxanası istifadəyə veriləcək və bununla da emalatxanaların sayı 30-a çatacaq

“Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib. Elmi-praktik konfransın iştirakçıları əvvəlcə “Bacarıqlı əllər, sehrli ilmələr” xalça sərgisi ilə tanış olublar. Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlif ölçülü xalçalarla yanaşı, 9 xalça sənəti məktəbi tərəfindən toxunmuş müxtəlif kompozisiyalı, ornamentli və koloritli xalça nümunələrini əks etdirən fotostendlər də nümayiş etdirilib. Konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov xalçaçılıq sahəsinə olan böyük diqqəti, dövlət qayğısını vurğulayıb və son illərdə bu istiqamətdə görülmüş işlər haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Prezidentin sərəncamı ilə “Azərxalça” ASC yaradılıb. Dövlət başçısının 2016-cı il 25 noyabr tarixli sərəncamı ilə may ayının 5-i Azərbaycanda “Xalçaçı günü” peşə bayramı təsis edilib. “Azərxalça” ASC-nin yaradılması ilə bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ölkədə xalçaçılığın inkişafına təkan verib. 2016-cı ildə Horadiz qəsəbəsində, 2017-ci ildə Şəmkir, İsmayıllı və Quba rayonlarında, 2018-ci ildə isə Xaçmaz rayonunda xalça emalatxanaları açılıb. Ümumiyyətlə, ASC-nin 10 yeni xalça emalatxanası tikilərək təhvil verilib. Daha 10 yeni emalatxananın tikintisi həyata keçirilir. Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq fabrikinin 2017-ci ilin dekabrında təməli qoyulub və işlərin 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü məntəqəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekunlaşacaq. “Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov cəmiyyətin istehsal fəaliyyəti, həmçinin bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında “Azərbaycan brendi”nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması və zənginləşdirilməsi və sair istiqamətində aparılan işlər və perspektivlər barədə məruzə ilə çıxış edib. Vidadi Muradov deyib ki, bu ilin sonunda Azərbaycan ilə Yaponiya xalça satışı üzrə müqavilə imzalayacaq. O bildirib ki, "Azərxalça" ASC-yə xarici ölkələrdən müraciət edən müştərilər kifayət qədərdir. Hazırda Yaponiya ilə əməkdaşlığa başlanılır, xalça nümunələri göndərilib və ilin sonunda müqavilə imzalanacaq. Vidadi Muradov 2019-cu ildə Azərbaycanda 10 xalça emalatxanasının istifadəyə veriləcəyini deyib. Bununla da xalça emalatxanalarının sayı 30-a çatacaq. Tədbir iştirakçıları çıxış edərək xalçaçılıq sənətinə və xalçaçılara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Daha sonra son zamanlar xalçaçılıq sahəsində aparılan quruculuq işləri ilə bağlı videoçarx nümayiş etdirilib.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
21.09.2018
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi düzəlişlər etməlidir”
21.09.2018
Prezident Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
21.09.2018
“Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir”
21.09.2018
“Azərbaycan öz milli maraqlarını tam təmin edir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info