Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fransada səfərdədir
Tarix: 11.07.2018 | Saat: 13:27:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi nümayəndə heyəti Fransada səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfərin ilk günü nümayəndə heyətinin üzvləri Fransadakı diplomatlarımızla birlikdə Azərbaycanın səfirliyində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Sonra Fuad Muradov Fransa daxili işlər nazirinin müşaviri Frederik Yunq, Senatın müdafiə və silahlı qüvvələr üzrə komissiyasının vitse-prezidenti Robert Denis del Picchia, Senatda Qafqaz qrupunun rəhbəri, senator Alən Uper ilə görüşüb.
Görüşlərdə iki ölkə arasında əlaqələrin yüksək səviyyəsinə toxunulub. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin Fransa ilə əlaqələrinə böyük əhəmiyyət verdiyi diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin möhkəmlənməsinə töhfələri vurğulanaraq, parlamentlərarası dostluq qrupunun sədri olarkən ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı xatırlanıb. Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi mühüm layihələrdən söz açılıb.
Görüşlərdə Azərbaycanın regional sabitlikdə rolundan bəhs olunub. Ölkəmizin enerji ehtiyatlarından danışılaraq, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında onun rolunun əhəmiyyəti vurğulanıb. Bundan başqa, ölkəmizin beynəlxalq nüfuzundan söhbət açılıb, regionda Fransanın ən etibarlı tərəfdaşı olduğu diqqətə çatdırılıb.
Həmçinin görüşlərdə Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən danışılıb. Bildirilib ki, Fransada yaşayan diaspor üzvlərimizin yeganə narahatlığı ölkəmizin ərazi bütövlüyünün pozulmasıdır. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransadan böyük gözləntilərin olduğu bildirilib.
Görüşlərdə qarşılıqlı səfərlərin, lobbiçilik sahəsində təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub.
Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin, həmçinin Azərbaycanın Dostları Assosiasiyasında, eləcə də Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin ailə üzləri və azərbaycanlı ailə ilə görüşü olub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018
Prezident İlham Əliyev Oman Sultanını təbrik edib
17.11.2018
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
17.11.2018
İğdırda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub
17.11.2018
Ermənistan silahlı qüvvələri atəşkəsi 30 dəfə pozub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info