“WhatsApp” Hindistanda qətllərin qarşısını alacaq
Tarix: 11.07.2018 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


“WhatsApp” messenceri Hindistan sakinləri üçün yalan xəbərlərlə mübarizə üzrə təlimat təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, təlimatda xəbərin mənbəyinə baxaraq digər resursların informasiyası ilə müqayisə etmək, fotoya diqqət yetirmək və xəbərdə yazılanla tutuşdurmaq, xəbərləri ehtiyatla yaymaq kimi əsas tövsiyələr yer alıb.
Məlumata görə, messencer təlimatı şayiələrin yayılması ilə əlaqədar baş verən qətllərin qarşısını almaq məqsədilə təqdim edib. Belə ki, Hindistanda messencerdə yayılan yalan xəbərlərə görə insanlara hücumların sayı artıb. İnsidentlərdən biri kimi kütlənin bir qrup insanı uşaqların oğurlanması ilə bağlı şayiələrə görə ölümcül döyməsi qeyd olunur. Baş vermiş hadisədə zərərçəkənlərin təqsiri sübuta yetirilməyib, hücum edənlər “Whatsapp”da fərziyyələrə inanıblar.
Bildirilir ki, ölkə hökuməti messencerdə təsdiq olunmamış xəbərlərin yayılmasının qarşısının alınmasını tələb edib. Uşaqların oğurlanması ilə bağlı oxşar şayiələrə görə ötən ay Hindistanda azı 8 nəfər qətlə yetirilib.
Belə reaksiyanın başlıca səbəbi kimi ölkədə rəqəmli texnologiyaların yeniliyi göstərilir. İnsanlar messencer və sosial şəbəkələrdə şayiələrə qarşı çox həssaslıq nümayiş etdirirlər. Əhalisinin sayı 1,3 milyard nəfər təşkil edən Hindistanda “WhatsApp”da 200 milyon qeydiyyatdan keçib.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Prezident: “Azərspace 2” peykinin orbitə çıxarılması dövlətimizin növbəti uğurudur
26.09.2018
Prezident İlham Əliyev xalqımızı təbrik edib
25.09.2018
Prezident Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
25.09.2018
“Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin dövlətçiliyinin əsaslarının təməlini qoyub”
25.09.2018
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info