“Bakcell”in dəstəyi ilə əlilliyi olan insanlar üçün innovativ 3D protezləri hazırlanacaq
Tarix: 11.07.2018 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti əlilliyi olan insanların reabilitasiya imkanları ilə təmin edilməsinə yönəlmiş növbəti innovativ layihəyə start verib.
İnnovasiyaları tək mobil telekommunikasiya sahəsinə deyil, insanların gündəlik həyatına da qatmaq niyyətində olan “Bakcell” “Reabilitasiya Akademiyası” adlı yeni layihənin icrasına dəstək göstərir.
Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq XXI əsrin ən innovativ texnologiyaları və xüsusilə 3D printerin köməyi ilə daha rahat reabilitasiya vasitələrinin hazırlanması (protez, ortez və digər köməkçi vasitələr) nəzərdə tutulub. Yeni layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilati dəstəyi ilə “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir.
ƏƏSMN-nin nəzdində fəaliyyət göstərən Protez-Ortopedik Reabilitasiya Mərkəzinin ekspertləri ilə birgə 3D printerin köməyi ilə mövcud baza protezləri təkmilləşdirilərək yeni 3D protezləri və digər köməkçi qurğuların test variantı istehsal ediləcək, eyni zamanda əl və ya ayağı amputasiya olunmuş insanlar üçün mexaniki protezlər hazırlanacaq. Həmçinin layihə çərçivəsində Uşaq Serebral İflic (USİ) və digər ağır formalı əlilliyi olan uşaqlara köməkçi texniki vasitələrin istehsalı üçün emalatxananın yaradılması nəzərdə tutulub. Burada USİ olan uşaqlara bel və ayaq uçun fiksatorlar düzəldiləcək.
“Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İB hazırlanmış protezləri sınaqdan keçirəcək və gələcəkdə onlardan daha geniş istifadə olunması ilə bağlı tədbirlər həyata keçirəcək.
Azərbaycan Respublikasında ən genişmiqyaslı Korporativ Sosial Məsuliyyət Proqramlarından birini fəal şəkildə həyata keçirən “Bakcell” şirkəti, xüsusi qayğıya ehtiyacı olan insanların sosial rifahının yaxşılaşdırılması üçün daim yeni imkanlar axtarır və əlilliyi olan vətəndaşların və xüsusilə də, uşaqların cəmiyyətə uğurlu inteqrasiyasına kömək edə biləcək layihələri və xeyriyyə təşəbbüslərini dəstəkləyir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Prezident İlham Əliyev “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti ilə görüşüb
20.07.2018
Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru ilə görüşüb
20.07.2018
İlham Əliyev “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb
20.07.2018
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb
19.07.2018
Prezident Fransada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9664

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info