“Gazetavatan.com”: “TANAP strateji əhəmiyyətə malikdir”
Tarix: 11.07.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Televiziya kanallarında yayımlanan reportajlarda və mediada dərc olunan məqalələrdə səfər çərçivəsində iki ölkə başçısının keçirdiyi görüşlər, birgə mətbuat konfransı, ümumilikdə səfərin əhəmiyyətinə geniş yer verilib.

Bu yazılardan biri “Gazetavatan.com”da yer alan “TANAP strateji əhəmiyyətə malikdir” adlı yazıdır. Burada qeyd edilir ki, andiçmə mərasimindən sonra ilk Azərbaycana rəsmi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan önəmli mesajlar verib. Bakıda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşılanan Ərdoğan təkbətək və geniş tərkibdə görüşlərdən sonra birgə mətbuat konfransı keçirib. Mətbuat konfransında ilk çıxış edən Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan birliyi, dostluğu regional sabitlik üçün çox önəmlidir: “Biz dost, qardaşıq. Prezident Rəcəb Tayyib Ərdoğanın seçildikdən sonra ilk olaraq Azərbaycana səfər etməsi də bunu göstərir”. Sonra çıxış edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, prezident kimi and içdikdən sonra ilk səfərimi bu səhər qardaş, dost Azərbaycana etməklə vəzifəmizi yerinə yetirmək istədim: “İstər təkbətək, istərsə də nümayəndə heyətləri arasında görüşlərdə bu günə qədər harada idik və bundan sonra harada olmalıyıq - bunları müzakirə etmək, nəzərdən keçirmək imkanımız oldu. Azərbaycan ilə istər enerji sahəsindəki əlaqələrimiz, istərsə də müdafiə sənayesi istiqamətində addımlarımız çox böyük əhəmiyyət daşıyır. Bundan sonrakı prosesdə də TANAP layihəsi, - bizim üçün, Azərbaycan üçün həyati əhəmiyyətli layihədir. TANAP ilə əlaqədar Eskişehirdə atdığımız addım, həqiqətən də həyati bir addımdır. Azərbaycanın Əliağada qoyduğu investisiya çox önəmlidir. Bu layihə təməli qoyulduğu gündən get-gedə davam edən, böyüyən bir sərmayə olaraq özünü göstərir. İndi də, inşallah, bu sərmayəni daha da genişləndirməyin və reallaşdırılmaqda olan bəzi layihələrin də payızda açılışını etməklə bunları birlikdə həyata keçirəcəyik”.

“Star.com.tr” də “TANAP iki ölkə üçün həyati əhəmiyyət daşıyır” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk rəsmi səfərini Azərbaycana gerçəkləşdirib. Dünyaya Türkiyənin Azərbaycana verdiyi dəstəyi bir daha elan edən Ərdoğan TANAP layihəsinin iki ölkə üçün həyati əhəmiyyət daşıdığını deyib: “Bu layihə bizi ciddi şəkildə maraqlandırır. Bu, qardaşlığımızın bir təzahürü olaraq, eyni zamanda strateji bir investisiya olması baxımından da önəm daşıyır. Türkiyə-Azərbaycan əlaqələrimiz, bildiyiniz kimi, “Bir millət, iki dövlət” anlayışı əsasında inkişaf edir. Bu anlayışa bağlı olaraq əlaqələrimizi bu səviyyəyə çatdırdıq və irəliyə aparmaqda davam edəcəyik”.
İki ölkənin dostluq əlaqələrindən danışan Prezident İlham Əliyev Azərbaycanın daim Türkiyəni dəstəklədiyini bildirib: “Türkiyə və Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən tərtib edir. Birgə səylərimiz, sadəcə, ölkələrimiz deyil, bütün region üçün böyük önəm daşıyır”.

“Yenisafak.com” saytında “Qardaş ziyarəti” başlıqlı yazı dərc edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra ilk səfərini Azərbaycana etməsi, Bakıda keçirilən görüşlər barədə məlumat verilən yazıda iki ölkə başçısının mətbuat konfransında çıxışları yer alıb. TANAP layihəsinin ölkələrimiz üçün əhəmiyyətindən bəhs edən Türkiyə Prezidenti ikitərəfli ticarətin hər ötən gün daha da artdığını vurğulayıb: “Müdafiə sənayesi sahəsində Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr də, bu baxımdan əhəmiyyət daşıyır. Türkiyə müdafiə sənayesi sahəsində, bildiyiniz kimi, bundan 15 il əvvəl möhtac bir millət ikən, indi ehtiyaclarının böyük bir qismini artıq özü ödəyə bildiyi səviyyəyə gəlib - 20 faiz səviyyəsində ikən, hazırda 65 faizini özü ödəyən ölkəyə çevrilib. Bununla da müdafiə sənayesi sahəsində də ixracatı artıran bir Türkiyə var. Təbii ki, bunu qardaş ölkələrlə fərqli bir şəkildə bölüşmək istəyirik. Təbii ki, ikitərəfli ticarət məsələsində hədəfimiz, mövcud rəqəmi iki, üç dəfə artırmaqdır”.
Prezident İlham Əliyev isə qarşılıqlı sərmayə qoyuluşunun davam edəcəyini bildirib: “Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə qoyub. Türkiyə şirkətləri isə Azərbaycana 12 milyard dollardan çox vəsait yatırıb. Bu böyük rəqəmlər, əslində, bizim əlaqələrimizi göstərir. Çünki ancaq qardaş ölkələrə bu qədər böyük sərmayə qoyula bilər”.

Qeyd edək ki, Türkiyənin dövlət başçısının ölkəmizə səfəri, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın mətbuata bəyanatlarla çıxışları ilə bağlı Anadolu agentliyi, TRT HABER, “Türkiyə”, “Sabah”, “Milliyyət”, “Hüriyyət”, “Posta”, “Akşam”, “Star”, “Yeni söz”, “Akıt” və digər KİV-lərdə məlumatlara geniş yer verilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Prezident İlham Əliyev “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti ilə görüşüb
20.07.2018
Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru ilə görüşüb
20.07.2018
İlham Əliyev “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb
20.07.2018
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb
19.07.2018
Prezident Fransada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9664

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info