Dünya əhalisinin illik artımı təxminən 83 milyon nəfərə bərabərdir
Tarix: 11.07.2018 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


İyulun 11-i Ümumdünya Əhali Günüdür. Bu əlamətdar tarixi 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilatı olan Əhali Fondu təsis edib. Bu gün ilk dəfə 1990-cı ildə 90-dan artıq ölkədə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, bu günün qeyd edilməsində əsas məqsəd ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.
Son açıqlamalara əsasən, dünya əhalisinin sayı 7,5 milyard nəfəri ötüb. Birləşmiş Millətlər Təşkilatının proqnozuna görə, 2030-cu ildə bu rəqəm 8,6, 2050-ci ildə 9,8, 2100-cü ildə 11,2 milyarda bərabər olacaq. Təbii ki, bu ailə planlamasının səmərələliyinə bağlıdır.
Əhalisinin sayına görə ilk üç yerdə Çin, Hindistan və ABŞ qərarlaşıb. Təxminən yeddi ildən sonra Hindistanın əhalisinin sayına görə Çinlə bərabər olacağı proqnozlaşdırılır. Azərbaycan əhalisinin sayı isə son statistikaya görə, 9 milyon 923 mindən çoxdur.
Dünya əhalisinin illik artımı təxminən 83 milyon nəfərə bərabərdir. Planetimizin əhalisindəki əsas artım Latın Amerikası, Afrika və Asiya ölkələri hesabına baş verir və yüksək ölüm nisbətinə baxmayaraq, bu ölkələr ənənəvi olaraq yüksək doğum səviyyəsinə malikdir. Bu gün Avropada doğum nisbəti əhalinin təbii bərpasını təmin edən normadan aşağıdır, lakin qitədə ömür uzunluğu çox yüksəkdir.
Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanılıb. Ölkəmizdə MDB məkanında ilk dəfə, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq olunub.
Hər il bir deviz altında qeyd edilən həmin günün cari ildəki mövzusu “Ailə planlaması insanın hüququdur” adlanır.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Prezident İlham Əliyev “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti ilə görüşüb
20.07.2018
Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru ilə görüşüb
20.07.2018
İlham Əliyev “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb
20.07.2018
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb
19.07.2018
Prezident Fransada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9664

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info