“Hüquq-mühafizə orqanları xalqımızı və dövlətimizi qorumağa qadirdir”
Tarix: 12.07.2018 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


10 iyulda xaricdən idarə olunan bəzi qüvvələr iğtişaş yaratmağa cəhd etdilər. Bu, dövlət və dövlətçiliyə qarşı atılmış ən çirkin addımdır. Lakin Azərbaycan dövləti nə dərəcədə güclü olduğunu bir daha göstərdi. Gəncədə baş verən hadisələrin əsas ideyaverici qüvvələrinin planı iflasa uğradı.
Əlbəttə ki, dövlətə sevgisi olan hər bir cəmiyyət üzvü bu məsələyə görə narahatdır. İctimaiyyət nümayəndələri Gəncə hadisələrini törədənlərə qarşı öz etirazlarını bildirdilər. Politoloq Ramiz Alıyev qəzetimizə bildirdi ki, belə bir hadisənin baş verməsinə görə hər bir vətəndaşımız olduqca böyük bir sarsıntı keçirdi: “Ölkəmizdə xalq ilə hakimiyyətin birliyi mövcuddur. Lakin bəzi adamların bir arzu və istəyi var, o da ölkəmizi xaosa çevirmək, dövlətimizi hansısa güclər qarşısında asılı vəziyyətə salmaq. Ancaq o cür cılız “siyasətçi”lər anlamırlar ki, xalqımız öz seçib dəstəklədiyi rəhbərinin yanındadır və nə olursa olsun, öz liderinə sadiqdir. Azərbaycan xalqı artıq bu cür provokasiyalara getmir və kimsə xalqımızı çirkin oyunların iştirakçısı edə bilməz”.
Ramiz Alıyev qeyd etdi ki, Gəncədə son baş verənlər dövlətimizə və xalqımıza qarşı atılan çirkin addımlardır: “Məqsəd dövlətçiliyimizə zərbə vurmaq və insanlarımızın xəsarət alması, düşmənlərimizin istəklərini rahat formada ölkəmizdə tətbiq etməkdir. Ancaq mən, xüsusən, qeyd etməliyəm ki, Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları bir daha xalqımızı və dövlətimizi qorumağa qadir olduqlarını və heç bir qüvvəyə xalq ilə dövlətimizin birliyini pozmağa imkan verməyəcəyini göstərmiş oldu. Azərbaycan polisi xalqımızın keşiyində möhkəm dayanıb, dövlətimizin zərər görməsinə heç bir zaman imkan verməyəcək. Şəhid olan polis zabitlərimizə bütün xalqımız üzüldü və hər kəs bu itkini özündə hiss etdi. Polis əməkdaşlarımızı şəhid edən o cinayətkarların ən ağır formada öz cəzalarını alacaqlarına əminik və bunu daxilində insanlığı ölməmiş hər kəs istəyir. İllərdir ölkəmiz və dövlətimiz üçün çalışan, xalqımızın keşiyində duran bu cür polis zabitləri şəhid etməyə heç kimin haqqı yoxdur”.

“Gəncə hadisəsində əli olan hər kəs məsuliyyətə cəlb olunmalıdır”

Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov isə dedi ki, Gəncə şəhəri Azərbaycanımızın ürəyidir: “Ermənistan xüsusi xidmət orqanları başda olmaqla, bir çox xarici qüvvələr öz çirkin əməllərini həyata keçirmək üçün məhz Gəncə şəhərini seçməsi heç təsadüf deyildir”.
Çingiz Bayramov bildirdi ki, milli və mənəvi dəyərlərə bağlı olan qədim Gəncə şəhərində dini radikal ünsürlərin dövlətimizin polisinə əl qaldırılması və iki qəhrəman polisimizi şəhid etməsi ən böyük cinayətdir: “Bu hadisədə yaxından və ya uzaqdan əli olan hər bir kəs məsuliyyətə cəlb olunmalı və hüquqi müstəvidə layiqli cəzasını almalıdır. Azərbaycan dövlətçiliyini qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistan atəşkəs rejimini 29 dəfə pozub
18.11.2018
XİN: Azərbaycanın qəti etirazı ABŞ tərəfinə çatdırılacaqdır
17.11.2018
Ketevan Tsixelaşvili: Azərbaycanlı qadınların Gürcüstanın ictimai-siyasi həyatındakı fəallığı qürurvericidir
17.11.2018
Milli Dirçəliş Günü Tbilisidə qeyd olunub
17.11.2018
Azərbaycan Fransaya etiraz notası verib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info