Fuad Muradov Parisdə Azərbaycan icmasının üzvləri ilə görüşüb
Tarix: 12.07.2018 | Saat: 13:40:00 | E-mail | Çapa göndər



Parisdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşü olub.
AZƏRTAC xəbər verir ki, F.Muradov Fransa-Azərbaycan dostluq qrupunun sədri Pyer Alen Rafana görüş təşəbbüsü üçün təşəkkür edib. O, iki ölkənin parlamentlərarası dostluq qrupunun möhkəm təməl üzərində qurulduğunu qeyd edib. Birinci vitse-prezident Mehriban Əliyevanın parlamentlərarası dostluq qrupunun sədri olarkən ölkələrimizi və xalqlarımızı yaxınlaşdıran layihələrə önəm verdiyini diqqətə çatdırıb. Komitə sədri ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Qrup üzvləri parlamentlərarası əlaqələrin genişləndirilməsi və daha da möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.
Sonra komitə sədri Paris yaxınlığında Sən Klu məzarlığında dəfn olunmuş Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçubaşovun və Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib.
Daha sonra komitə sədri Fransanın müxtəlif regionlarından olan Azərbaycan icmasının üzvləri ilə görüşüb. O, diaspor fəaliyyətinin daim ölkə rəhbərliyinin diqqətində olduğunu bildirib.
Görüşdə diaspor fəaliyyətinin yeni istiqamətləri ilə bağlı müzakirələr aparılıb. İcma üzvlərinin sual və təklifləri dinlənilib. Komitə sədri diaspor üzvlərini həmrəy olmağa səsləyib.
F.Muradov ölkəmizin işğal altındakı Kəlbəcər rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olmasına dair yaradılan #freedilqam və #freeshahbaz həştəq kampaniyasından da söz açıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info