Naxçıvanda həkim briqadaları obalardakı heyvandarlara tibbi xidmət göstəriblər
Tarix: 12.07.2018 | Saat: 14:14:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq Ordubad Rayon Mərkəzi Xəstəxanasının terapevt, kardioloq, cərrah, stomatoloq və pediatrlardan ibarət çoxprofilli həkim briqadası Göygöl ərazisindəki yaylaqlarda məskunlaşan heyvandarları və ailə üzvlərini tibbi müayinələrdən keçirib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hazırda təkcə Əyriçay yaylağında 2 oba məskən salıb. Onların öhdəsində 5 min başa yaxın mal-qara, qoyun-quzu var. Çadırlarda Kəngərli rayonunun Çalxanqala kəndindən gəlmiş fermer və çobanların 32 ailə üzvü yaşayır. Briqadanın fəaliyyəti zamanı onların hamısı profilaktik tibbi müayinəyə cəlb olunub, pediatrik, kardioloji, cərrahi, stomatoloji müayinələr aparılıb. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunub, onların müalicəsi ilə bağlı lazımi dərmanlar verilib.
Ordubad Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən obalarda dezinfeksiya, dezinseksiya tədbirləri həyata keçirilib, gigiyenik qaydalara əməl olunması barədə səhiyyə maarifi işi aparılıb.
Babək Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası ərazidəki Vayxıryurd obalarında olub. Terapevt, stomatoloq və pediatrlardan ibarət həkim briqadası 4 çadırda məskunlaşan 13 nəfəri profilaktik tibbi müayinələrdən keçirib, ilkin tibbi yardım üçün dərmanlar paylanıb.
Culfa Rayon Mərkəzi Xəstəxanasının həkim briqadası isə rayonun Dəmirli yaylağı ərazisində Camaldın kəndindən məskunlaşan heyvandarlara tibbi xidmət göstərib.
Obalarda tibbi xidmət mövsüm boyu davam etdiriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir
20.02.2019
Rusiya Prezidenti Federal Məclisə müraciətini təqdim edib
19.02.2019
“Rusiya Ermənistanın iki kürsüdə oturmaq cəhdinə dözməyəcək”
19.02.2019
“İran Avrasiya İttifaqına qoşulacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info