Təxribatçılar Gəncəni məxsusi olaraq seçiblər və hər şey planlaşdırılmış şəkildə həyata keçirilib
Tarix: 12.07.2018 | Saat: 10:26:00 | E-mail | Çapa göndər



Gəncədə baş verən iğtişaşlar ölkəmizdə sabitliyin pozulmasını istəyən, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan bir sıra xarici qüvvələrin, eləcə də xaricdən idarə olunan bir qrup təxribatçının atdıqları addımların nəticəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev bildirib.
O qeyd edib ki, həmin qüvvələr Gəncəni məxsusi olaraq seçiblər və hər şey əvvəlcədən planlaşdırılmış şəkildə həyata keçirilib. Şəhər icra hakimiyyətinin başçısına qarşı terror aktından sonra dərhal informasiya terroruna keçərək bəzi KİV-lərdə, eyni zamanda, sosial şəbəkələrdə müəyyən qruplaşmalar yaradaraq Azərbaycana məzhəb ayrı-seçkiliyi salmaq, dini zəmində münaqişə yaratmaq istiqamətində bir sıra addımlar atıldı. Daha sonra əhalini qanunsuz mitinqlərə səsləyərək Gəncədə təxribatçıları, terrorda vasitə ola biləcək şəxsləri ayağa qaldırmağa çalışdılar. Bütün bunlara baxmayaraq, şəhərdə əmin-amanlığı və sabitliyi bərpa etməyə çalışan Azərbaycan polisi onlara qarşı humanistlik göstərdi. Yəni, polislər əlisilahlı insanlara qarşı heç bir silahdan istifadə etməyərək onlarla danışıqlar aparmağa çalışdılar. Lakin təxribatçılar yüksək rütbəli iki polis əməkdaşını qətlə yetirdilər.
Ekspert bildirib ki, onların planları Azərbaycanın dövlətçiliyini sarsıtmaq, müstəqilliyinə xələl gətirməkdir. Bütün bu proseslər müəyyən mərkəzlər tərəfindən məqsədli şəkildə hazırlanıb və xüsusi təlim və təlimat almış şəxslər tərəfindən həyata keçirilib.
A.Nağıyev hesab edir ki, Azərbaycana qarşı məkrli planlar quranlar istəklərinə çata bilməyəcəklər. Təbii ki, gələcəkdə istər real həyatda, istərsə də sosial şəbəkələrdə bu cür qruplaşmaların qarşısını almaq üçün müəyyən tədbirlər görüləcək. Ümumiyyətlə, Azərbaycanda terrorla, iğtişaşlarla sabitliyi pozmaq istəyənlər məqsədlərinə nail ola bilməyəcəklər.
Müsahibimiz deyib ki, Azərbaycan son illər istər siyasi, istər iqtisadi, istərsə də hərbi baxımdan çox güclənib. Bu isə bəzi dairələrə sərf etmir. Ona görə də bunun qarşısını almağa çalışırlar. Lakin bu istiqamətdə indiyədək lazım olan addımlar atılıb və atılacaq. Azərbaycanda xalq-iqtidar birliyi sarsılmazdır və vətəndaşlarımız dövlətimizin düşmənlərinə meydan verməyəcəklər.




 
Bölməyə aid digər xəbərlər
23.07.2018
Neftin qiyməti ucuzlaşır
22.07.2018
Rusiya kredit sazişi üzrə Ermənistana 200 mln. dollar dəyərində silah tədarük edib
22.07.2018
Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi
22.07.2018
Ermənilər atəşkəs rejimini 93 dəfə pozub
22.07.2018
Azərbaycan milli mətbuatının yaranmasından 143 il ötür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9687

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info