UNİCEF-in Azərbaycandakı rəhbərlərinin və BAMF-ın cəbhə zonasına iki günlük səfəri başa çatıb 
Tarix: 12.07.2018 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


İyulun 9-10, iki gün ərzində UNİCEF-in nümayəndəliyinin, BMT-nin uşaq fondunun rəhbəri Edvard Karvardin və qeyri-hökumət təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Azərbaycanın cəbhəyanı ərazilərini - Tərtər, Bərdə və Goranboy rayonlarını ziyarət ediblər.

Səfərin məqsədi UNİCEF və BAMF-ın birgə layihəsinin - AYAP gənclər proqramının  monitorinqi idi. Səfərdə Azərbaycanın sərhəd ərazilərində yaşayan gənclərin həyatı barədə öyrənməyə maraq göstərən Zimbabve və Mozambikdən olan xarici tələbələr də iştirak edirdi. Qonaqlarla görüşdə  Bərdə rayonunun İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda uşaqlar və gənclərlə bağlı layihələrin həyata keçirilməsində UNİCEF və BAMF-ı tam dəstəklədiyini ifadə edib və gənclərin təhsil, mədəniyyət və sosial həyatının yaxşılaşdırılmasını hər vasitə ilə təşviq edəcəyinə söz verib.

UNICEF-in nümayəndəsi Edvard Karvardin Azərbaycanın rayonlarında gənclərin inkişafında bir çox insanların, eləcə də gənclərin özlərinin maraqlı olmasını  müşahidə etməkdən məmnun olduğunu bildirib. Onun sözlərinə görə, qərarların qəbul edilməsində gənclərin iştirakı və onların fikirlərinin nəzərə alınması çox vacibdir. O hesab edir ki, bu onlara özlərini daha inamlı hiss etməyə və liderlik bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.

Daha sonra səfər çərçivəsində bu təşəbbüslə bağlı təəssüratlarını bölüşən AYAP-ın gənclər proqramının əvvəlki və indiki üzvlərilə görüş keçirilib.

Planlaşdırılmış tədbirlər ərazidə yerləşən kitab kafesində başa çatıb. AYAP layihəsində iştirak edənlər musiqi performansı və flash mob hazırlayıblar.


Elə həmin gün UNICEF və BAMF nümayəndələri Azərbaycanın Bərdə ilə qonşu olan rayonu - Tərtərə yola düşüblər.

Tərtər rayonunun İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla rəsmi görüşdən sonra monitorinq qrupu uşaqlarla görüşmək üçün Gənclər və İdman Mərkəzində yerləşən 3D kinoteatrına gediblər. Qeyd edək ki, kinoteatrın açılışı da bu yaxınlarda AYAP çərçivəsində həyata keçirildi.

Uzun açılış nitqinin əvəzinə Edvard Karvardin rayonun uşaqları ilə danışmağa başladı. UNİCEF nümayəndəsinin onların nəyə ehtiyacı olduğu barədə sualına uşaqlar bir-birinin ardınca qızlar üçün ictimai üzğüçülük hovuzu və təhsil kursları, repetitor xidmətləri və olimpiadaların adlarını çəkdilər.

Edvard Karvardin deyib ki, istədiyiniz hər şeyin həyata keçirilməsi üçün ən vacibi düzgün arqumentləri formalaşdırmaq və onları rayon icra hakimiyyətinə çatdırmaqdır. O, gənclərin və hakimiyyət nümayəndələrinin maraqlarının üst-üstə düşməsi üçün səy göstərilməli olduğunu tövsiyyə edib. Məsələn, bu layihələr gənclərə gələcəkdə rayona fayda verər və yerli iqtisadiyyatın və istehsalın inkişafında rol oynayan yeni peşə bacarıqlarını qazanmağa kömək edərsə təbii olaraq bütün lazımi strukturların dəstəyini qazanacaq.

"Əgər layihənizin uğurlu olmasını istəyirsinizsə, məsuliyyətli şəxslər onun uğurlu olacağına inanmalıdırlar. Ancaq bunun üçün siz özünə inamlı olmalı və lider olmalısınız. Biz, UNİCEF-in nümayəndələri BAMF ilə birgə sizin üçün bu keyfiyyətləri inkişaf etdirmək məqsədilə təlimlər təşkil edəcəyik".


Növbəti gün monitorinq qrupunun səfərinin əsas tədbiri - AYAP fəaliyyətinin bir hissəsi kimi Goranboy rayonunun Safikurd kəndində idman stadionunun açılışı oldu. Açılış Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə və "İdman hər kəs üçün" gənclər idman festivalına həsr olunmuşdu.

Tədbiri Goranboy İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev açıb. Açılış nitqində o deyib ki, bu kimi təşəbbüslər rayonun digər yaşayış məntəqələrində də dəstəklənəcək. O, həmçinin UNICEF və BAMF-ın nümayəndələrinə yardıma və gənclərin inkişafına böyük maraq göstərdiyinə görə minnətdarlığını ifadə edib.

UNİCEF-in Azərbaycandakı ofisinin rəhbəri Edvard Karvardin stadionun açılışına dəvət edilməsinin onun üçün böyük şərəf olduğunu deyib.

"İdmanın üstünlüyü fərqli insanları birləşdirməsindədir. O, qızlara, eləcə də oğlanlara və əlilliyi olan gənclərə qoşulma imkanı verir. Burada Goranboy rayonunun müxtəlif kəndlərində yaşayan fərqli yaşlarda uşaqları görməyimə şadam".

BAMF-ın prezidenti Umud Mirzəyev Azərbaycanın ən qədim kəndlərindən biri olan Safikürdün 300 ildən çox tarixə malik olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan ziyalılarının bir çox nümayəndələri, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin təsisçilərindən biri Safikürddə doğulub .

İdman festivalıından danışan Umud Mirzəyevə görə idmanın gənclərə müsbət təsirinin ən yaxşı sübutu iştirakçıların üzlərində olan uşağa xas xoşbəxtlikdir.

"İdman yalnız sağlamlıq baxımından faydalı deyil. O ünsiyyət qabiliyyətini inkişaf etdirməyə, nizam-intizama və sağlam rəqabətə kömək edir".

İdman strukturların tikintisi ideyasının müəllifi, AYAP-ın keçmiş üzvü Fuad Məmmədov, cinsindən, fiziki imkanlarından və maddi vəziyyətindən asılı olmayaraq bütün gənclərin idmanla məşğul ola bilməsi üçün stadion açmaq ideyasının necə yarandığını auditoriya ilə bölüşüb.

İdman festivalı qadın və kişi komandalarının voleybol matçları, güləş və qısa və uzun məsafələrə qaçışlarla davam etdi.
Qırmızı lent kəsildikdən sonra yüzdən çox uşaq Azərbaycan Demokratik Respublikasının 100 illiyinə və BMT-nin davamlı inkişafının 17 Məqsədinə həsr olunmuş flash mob keçiriblər.

Sonda ən fəal iştirakçılara sertifikatlar, medallar, kuboklar və toplar verilib.

İki günlük səfərin nəticələrini Eurasia Diary-ə şərh edən UNICEF-in nümayəndəliyinin rəhbəri Edvard Karvardin deyib ki, onların monitorinq qrupu cəbhə zonasında AYAP-la birgə layihə çərçivəsində UNICEF tərəfindən tərəfdaşı olan BAMF ilə birlikdə fəal iş aparıldığına əmin olub.

"Biz gördük ki, AYAP uşaqları və gəncləri birləşdirir və qərar qəbuletmə prosesində iştirak etməyə kömək edir. Gənclər özləri layihə təşəbbüsü ilə çıxış edir. Onlar üçün bu çox müsbət təcrübədir. Gənclər cəmiyyətdə rol oynamaq, onun fəal hissəsi olmaq istəyir. Onlar öz rayonunun inkişafına gələcəkdə kömək etmək üçün yeni bacarıqlar öyrənməyə çox həvəslidirlər", - deyə Edvard Karvardin bəyan edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info