Toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat qrant ayrılacaq
Tarix: 12.07.2018 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


"Bu gün Azərbaycanda özəl toxumçuluq sektoru ürəkaçan vəziyyətdə deyil".
Bunu Kənd Təsərrüfatı Nazirliyinin yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bu gün Bakıda keçirilən Özəl toxumçuların I Ümumrespublika müşavirəsində bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda taxılçılıq sahəsində toxumlara olan tələbatın 30-35 faizi yerli istehsalçılar tərəfindən ödənilir: “Təbii ki, bunu da artırmaq lazımdır. Əsas prioritet istiqamət özəl toxumçuluğun inkişaf etdirilməsidir. Müxtəlif sahələri özündə əhatə kompleks tədbirlər həyata keçirəcəyik. Bu sahədə mövcud olan qanunvericiliyi inkişaf etdirmək istiqamətində müvafiq işlər görəcəyik".
M. Əliyev bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün onlarla birgə kooperativlərin yaradılması, özəl toxumçuların maddi-texniki bazasının yenilənməsini, onların maarifləndirilməsini həyata keçirməyi qarşıya məqsəd qoyub. Nazirlik rəsmisi deyib ki, KTN Azərbaycanda özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıracaq: "Toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat vəsait qrant şəklində veriləcək".

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.07.2018
İyunda sərnişindaşıma xidmətlərinin qiymətləri 1,5 faiz ucuzlaşıb
21.07.2018
OPEC ilə Rusiya yeni təşkilat yaradacaq
21.07.2018
Naxçıvanda ümumi daxili məhsul istehsalı 1 milyard 246 milyon manatı ötüb
21.07.2018
Altı ayda Azərbaycan ən çox İtaliyaya məhsul ixrac edib
21.07.2018
Neftin qiyməti bahalaşır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9688

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info