Bu il Dubayda oğurluq faktı qeydə alınmayıb
Tarix: 12.07.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Təhlükəsizliyi təmin edən intellektual sistemin tətbiqi sayəsində bu il Dubayda heç bir mənzil oğurluğu faktı qeydə alınmayıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Dubayın Cinayət Axtarışı Polisinin başçısı Rəşid Abdul Rəhman bin Zabavi Əl-Fələsinin bəyanatına görə, hüquq mühafizə orqanlarının təşəbbüsü ilə həyata keçirilən mənzil təhlükəsizliyinin təmin edilməsi proqramına həm Əmirliklərin vətəndaşları, həm də ekspatriantlar tərəfindən böyük tələbat var. O bildirib ki, Dubay polisi mənzil oğurluqları ilə bağlı cinayətlərin səviyyəsini azaltmaq üçün bu sistemdən istifadə edir.
Təhlükəsizliyi təmin edən intellektual sistem məzuniyyətdə olan vətəndaşların mənzillərini qoruyan mühafizə mexanizmindən ibarətdir. Vətəndaşın ölkənin hüdudlarını tərk etməsindən, yaxud ölkədə səyahət etməsindən asılı olmayaraq bu sistem işləyir. Maraqlıdır ki, sistemdə qeydiyyatdan keçmək pulsuzdur: polis patrulları qeydiyyatdan keçən hər bir vətəndaşın evinin ətrafında tamamilə havayı dolanır, lazım gəldikdə isə şübhəliləri tutub saxlayır.
Polisin məlumatına görə, bu intellektual sistemdən istifadə edənlərin sayı bu il 35 faiz artıb və bu artım artıq bir neçə ildir sabit davam edir: ötən il 30 faiz, 2016 və 1014-cü illərdə müvafiq olaraq 17 və 15 faiz. Arzu edən hər kəs öz smartfonundan, yaxud Dubay polisinin saytında kompleks smart-proqrama qoşula bilər. Başqa ölkədə olan vətəndaş isə qaynar xəttə zəng etməklə mənzilinin mühafizəsini təmin edə bilər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info