Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb
Tarix: 12.07.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) respublikamızın bölgələrində yaratdığı filiallar fəaliyyətə başlamamışdan əvvəl xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil olunur. Cəmiyyətin 2016-2017-ci illərdə yaradılan filiallarında çalışan toxucular bu kurslarda xalçaçılığın sirlərinə yiyələniblər.
“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qeyd olunan dövrdə tədris-hazırlıq kurslarına 1500 nəfər cəlb olunub. “Azərxalça” 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan daha 10 filialında çalışacaq toxucular üçün də tədris-hazırlıq kursları təşkil edib.
İyulun 11-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov Abşeron rayonunun Qobu qəsəbəsində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən qadınlarla görüşüb.
Məlumat verilib ki, tədris-hazırlıq kursu hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək hazırlıq kursuna 50 nəfər cəlb olunub. Tədris-hazırlıq kursunda iştirak etmək üçün təkcə Qobu qəsəbəsindən deyil, yaxınlıqdakı Hökməli və Güzdək qəsəbələrindən də müraciətlər vardır.
Vidadi Muradov Azərbaycanda xalçaçılığın tarixindən, ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Tədris-hazırlıq kurslarının əhəmiyyətini vurğulayan İdarə Heyətinin sədri kurslarda dərslərin böyük iş təcrübəsinə malik, peşəkar xalçaçılar tərəfindən aparıldığını bildirib.
Qeyd edilib ki, Goranboy, Tərtər, Kürdəmir, Şabran, Qobustan rayonlarında, Lənkəran şəhərində də belə kurslar təşkil olunub. Bu kurslar başa çatdıqdan sonra “Azərxalça” tərəfindən sertifikat verilən toxucular Cəmiyyətin filiallarında işlə təmin ediləcəklər.
Görüşdə xalçaçılığın müasir vəziyyəti, problemləri, onların aradan qaldırılması yolları, həmçinin bu sənətin daha kütləvi şəkildə davam etdirilməsi imkanları müzakirə olunub.
Vidadi Muradov kursda iştirak edənlərə uğurlar arzulayıb, onların toxuculuğun sirlərinə dərindən yiyələnəcəklərinə əminliyini ifadə edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Şəkidə və Mingəçevirdə “Fəlakət“ komediyasının təqdimatı keçirilib
18.02.2019
Təhsil müəssisələrində Nəsimiyə həsr olunan ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək
18.02.2019
Milli Dram Teatrının kollektivi Masallıda qastrol səfərində
18.02.2019
Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü görüb
18.02.2019
Heydər Əliyev Mərkəzində rus avanqard rəssamlarının nadir əsərlərindən ibarət sərgi açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info