Azərbaycan İlahiyyat İnstitutunda yəhudilik və xristianlıqla bağlı ixtisasların açılması planlaşdırılır
Tarix: 12.07.2018 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


İyulun 11-də Azərbaycan İlahiyyat İnstitutunda “Azərbaycanda yəhudilərin həyat tərzi” mövzusunda növbəti seminar keçirilib.
İnstitutdan bildirilib ki, tədbirdə bu qurumun rektoru Ceyhun Məmmədov Azərbaycanda dini icmalara böyük qayğı göstərildiyini diqqətə çatdırıb. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır, dövlət tərəfindən dini qurumlara mütəmadi maliyyə vəsaiti ayrılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da bu sahəyə xüsusi diqqəti danılmazdır.
Rektor bildirib ki, maarifləndirmə məqsədilə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən müxtəlif seminar, “dəyirmi masa” və konfransların təşkili nəzərdə tutulub. Həmçinin institutda İslamla yanaşı, Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrinin mədəniyyəti ilə bağlı araşdırmaların aparılması, gələcəkdə yəhudilik və xristianlıqla bağlı ixtisasların açılması planlaşdırılır.
Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev bu sahədə hazırlanacaq ixtisaslı kadrlara ciddi ehtiyac olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Dağ Yəhudiləri Dini İcması bu institutla əməkdaşlığa böyük maraq göstərir.
M.Yevdayev yəhudiliyin Azərbaycandakı tarixinin 2000 ildən çox olduğunu, təmsil etdiyi dağ yəhudilərinin Avropa yəhudilərinə nisbətən daha çox şərq xalqlarına bənzədiklərini vurğulayıb. Dağ yəhudilərinin təqribən 300 ilə yaxın Qubada məskunlaşdıqlarını bildirən M.Yevdayev “Qırmızı qəsəbənin” onların kompakt şəkildə yaşadıqları ən böyük yaşayış məskəni olduğunu deyib. O, ölkə yəhudilərinin Azərbaycan xalqı ilə əsrlərboyu dostluq və qardaşlıq şəraitində yaşadıqlarını və heç vaxt diskriminasiyaya məruz qalmadıqlarını vurğulayıb. Diqqətə çatdırılıb ki, Azərbaycan antisemitizmin mövcud olmadığı nadir ölkələrdəndir. Dövlət tərəfindən yəhudi icmalarına xüsusi qayğı göstərilir, eləcə də maliyyə yardımı ayrılır, sinaqoqlar bərpa və təmir edilir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Heydər Əliyev Sarayında “Broadway Story” tamaşasının premyerası olub
22.09.2018
Musiqili Teatr yeni mövsümü açıq elan edib
22.09.2018
Qəzəl şairlərin ən az müraciət etdiyi sahədir
22.09.2018
Şahin Növrəsli Fransada caz festivalında iştirak edəcək
22.09.2018
Bəstəkar Murad Kajlayevin müəllif gecəsi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info