“Coca-Cola” və “ASAN Könüllüləri” turizm və qadınlara dəstək layihəsinə başlayıblar
Tarix: 12.07.2018 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“Coca-Cola” şirkəti, “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq məqsədilə “Uğurlu qadın, uğurlu gələcək” layihəsinə start veriblər.

“Coca-Cola” Fondunun dəstəklədiyi “Uğurlu qadın, uğurlu gələcək” layihəsi Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə və Masallı şəhərlərini, habelə ətraf bölgələri əhatə edəcək. Layihənin məqsədi həmin bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, bu sahədə dövlət siyasətinə və biznes təşəbbüslərinə dəstək olmaqdır. Təlimlər “Turizmin əsasları”, “Turizm idarəçiliyi”, “Müştəri xidməti”, “Turizm və gigiyena” kimi bir sıra önəmli mövzunu əhatə edəcək. Təlimlər Türkiyənin tanınmış mütəxəssislərinin ATMU-nun professor-müəllim heyəti ilə birgə hazırladıqları proqram əsasında ödənişsiz olaraq tədris ediləcək. Layihə “ASAN Könüllüləri” tərəfindən icra olunacaq.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev proqramın Azərbaycanda qadınların turizm sahəsində kiçik biznesə təşviq edəcəyinə və beləliklə, həm qadınların, həm də turizmin inkişafına töhfə verəcəyini qeyd edib: «“Coca-Cola” qadınlara iqtisadi dəstəyi özünün sosial inkişaf siyasətinin əsas prioritetlərindən biri olaraq görür. Məhz buna görə “Coca-Cola” fəaliyyətdə olduğu ölkələrdə qadınların iqtisadi imkanlarının genişlənməsi üçün müxtəlif sosial layihələrə dəstək olur. Azərbaycanın gözəl təbiəti və zəngin turizm potensialını nəzərə alaraq ölkədə qadınları turizm işinə həvəsləndirmək və onların turizm təşəbbüslərinin dəstəklənməsi ideyası çox faydalı olacağına inanırıq. Bu məqsədlə “ASAN Könüllüləri”, Azərbaycan Turizm və Menecment Universiteti və Türkiyə mütəxəssisləri ilə əməkdaşlığa başladıq. Ümid edirik ki, layihə nəticəsində qadınlar turizm sahəsində yeni bilik və bacarıqlara yiyələnəcək, Azərbaycanın gözəl bölgələrində turizm biznesinə başlaya biləcəklər».

Təlimləri uğurla başa vuran qadınlar ATMU tərəfindən təsdiq olunmuş rəsmi sertifikatla təltif olunacaq. Dünya təcrübəsi göstərir ki, bu proqrama qoşulan iştirakçılar daha sonra istehsalat, tədarük, distributor, pərakəndə satış, təkrar emal və əl əməyinə əsaslanan sənət növləri ilə məşğul ola bilir.

“Uğurlu qadın, uğurlu gələcək” layihəsinin təlim proqramının hazırlanması məqsədilə türkiyəli mütəxəssislər cəlb olunub. Əvvəlcə həmin mütəxəssislər ATMU-nun əməkdaşlarına “Təlimçilər üçün təlim” keçəcək, daha sonra isə sözügedən yerli mütəxəssislərlə birlikdə Qəbələ, Gəncə və Masallı bölgələrinin və ətraf rayonlarının qadınları üçün turizmin əsasları və biznesin idarə olunması istiqamətində təlimlər təşkil olunacaq.

Layihənin icraçı partnyoru “ASAN Könüllüləri” Təşkilatının baş katibi Sahil Məmmədli Azərbaycanın regionlarında qadınların biznes imkanlarını genişləndirmək məqsədini daşıyan bu layihədə “ASAN Könüllüləri”nin də iştirakından məmnunluq duyduğunu bildirib: “Regionlarda turizm imkanlarının artırılması məqsədilə qadınlara turizm mədəniyyətinin aşılanması istiqamətində təlimlərin və praktiki seminarların keçirilməsi ilə onların məşğulluq məsələlərinin həlli istiqamətində iş aparılması “ASAN Könüllüləri” Təşkilatının korporativ sosial məsuliyyət missiyasının əsas istiqamətlərindən biridir. Bütün qadınları Qəbələ, Gəncə və Masallıda yerləşən “ASAN xidmət” mərkəzlərində təşkil ediləcək ödənişsiz təlimlərdə iştirak etməyə çağırırıq. Layihə nəticəsində qadınların biznes və turizm bacarıq və imkanları artırılacaq və onlar öz bizneslərini yaratmaq potensialına sahib olacaqlar”.

ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov qeyd edib ki, artıq türkiyəli mütəxəssislər Bakıdadır və yerli mütəxəssislərlə proqramın tərtibinə başlayıblar: “Biz iyul ayı ərzində Azərbaycanın 3 regionunda turizm biznesinə maraq göstərən qadınlar üçün təlimlər təşkil edəcəyik. Təlimlərdə iştirak edən hər bir qadının biznes imkanları dəyərləndiriləcək və onların hər birinə turizm sahəsində öz işini qurmaq üçün tövsiyələr veriləcək və dəstək göstəriləcək. ATMU bu təcrübəni daha sonra tədris proqramında da istifadə etməyi düşünür və bu proqramın Azərbaycanda icrasının gələcəkdə də tətbiqini planlaşdırır”.

Layihəyə ilkin qeydiyyat üçün keçid: https://goo.gl/ShV4c7.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
21.09.2018
“Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi düzəlişlər etməlidir”
21.09.2018
Prezident Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
21.09.2018
“Bizim qanunvericilik bazamız ən yüksək meyarlara cavab verir”
21.09.2018
“Azərbaycan öz milli maraqlarını tam təmin edir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info