Şagirdlər Sumqayıt Texnologiyalar Parkında
Tarix: 12.07.2018 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Sumqayıt Texnologiyalar Parkında (STP) “Uşaq Mühəndisliyi Günü” tədbiri çərçivəsində Bakı Oksford Məktəbinin şagirdlərinin STP-yə ekskursiyası təşkil edilib. Ekskursiyada 50-yə yaxın şagird və müəllim iştirak edib.
STP-dən AZƏRTAC–a bildirilib ki, parkın tərkibində fəaliyyət göstərən zavodlarla tanışlıq zamanı onlara bu müəssisələrdə istehsal edilən məhsulların hazırlanma texnologiyası barədə məlumat verilib. Sonra uşaqlar üçün “STP balacaların gözü ilə” rəsm müsabiqəsi və “Nə üçün STP?” adlı yarış təşkil edilib. Qalib komandalar xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Müəssisə tərəfindən ekskursiyada iştirak edən bütün iştirakçılara hədiyyələr və sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istifadəyə verilib. STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu alıb. Regionda nadir layihə olan STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda texnoparkın ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir.
İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.07.2018
Yanvar-iyun aylarında elektrik avadanlıqlarının istehsalı 84,1 faiz artıb
20.07.2018
Hər iki tədbirdə ümumilikdə 700-dən çox vakant iş yeri təqdim edilib
20.07.2018
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı keçid planı hazırlanır
20.07.2018
 “Bakcell” “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək göstərib
20.07.2018
Bakıda MDB-yə üzv dövlətlərin DİN rəhbərləri Şurasının iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9688

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info