Tarix İnstitutunda yeni kitablar çap olunub
Tarix: 13.07.2018 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


“XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusunun (rusca) II və III cildləri və “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” (türkcə) adlı kitab çap olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan verilən məlumata görə, rus dilində nəşr olunan sənədlər toplusunun tərtibçisi institutun Ümumi tarix şöbəsinin müdiri, professor Tofiq Mustafazadə, türk dilinə tərcümə olunan kitabın müəllifi isə institutun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, professor Şahin Fazildir. “XVIII əsrin I yarısı Azərbaycan tarixi rusdilli qaynaqlarda” toplusu “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsi çərçivəsində nəşr olunub. Layihənin rəhbəri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur. İnstitutun Elmi Şurasının qərarı ilə çap olunan topludakı sənədlərin transliterasiyası, “Ön söz” və şərhlər Tofiq Mustafazadəyə məxsusdur. Üçcildlik topludakı sənədlər Rusiya Federasiyasının müxtəlif arxivlərindən (Rusiya Dövlət Hərbi-Tarix Arxivi, Rusiya Dövlət Tarix Arxivi və s.) toplanıb. Sənədlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi, tarixi coğrafiyası və etnoqrafiyası barədə qiymətli məlumatlar var. XVIII əsrdə çap olunmuş və hal-hazırda nadir tapılan bir neçə əsər də (C.Bell və İ.Qerberin əsərləri) topluya daxil edilib. Topluya daxil edilmiş sənədlər Rusiya çarı I Pyotrun və onun xələflərinin Azərbaycanla bağlı yeritdiyi siyasətin işğalçılıq mahiyyətini açmağa və Azərbaycan uğrunda gedən beynəlxalq rəqabəti təsvir etməyə imkan verir. “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap olunan “Azərbaycan və Osmanlı imperiyası XV-XVI əsrlərdə” adlı kitabda Azərbaycanın göstərilən dövrdə yalnız Türkiyə ilə deyil, həmçinin Orta Asiya, Suriya, Misir, Rusiya, Gürcüstan, Venesiya, Almaniya, Portuqaliya və başqa ölkələrlə də münasibətləri haqqında müəyyən məlumat var. Əsər fars, türk, italyan, rus, ingilis, alman, fransız dillərində mövcud olan bir sıra ilkin mənbə və tədqiqat əsərləri əsasında yazılıb. Qeyd edək ki, Ş.Fazil İsgəndər bəy Münşi, Həsən bəy Rumlu, Jozef Tiflisi və Yan Tadeuş Kruşinskinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
19.11.2018
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
19.11.2018
Atəşkəs 25 dəfə pozulub
18.11.2018
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
18.11.2018
Ermənistan atəşkəs rejimini 29 dəfə pozub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info