Toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat qrant ayrılacaq
Tarix: 12.07.2018 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin təşkilatçılığı və Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin dəstəyi ilə özəl toxumçuların I Ümumrespublika müşavirəsi keçirilib.
Tədbirin məqsədi toxum və ting istehsalçılarının qarşısında duran problemləri müzakirə etmək, həlli yollarını axtarmaqdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev toxumçuluğun və tingçiliyin ölkə daxilində inkişafının, fermerlərin yerli istehsal məhsulu olan toxum və tinglərlə təmin edilməsinin ölkənin ərzaq təhlükəsizliyi istiqamətində mühüm addımlardan olduğunu bildirib. Bu gün ölkədə toxuma olan tələbatın böyük hissəsinin idxal hesabına ödənildiyini təəssüflə qeyd edən xidmət rəisi, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə toxum sektorunun inkişafının strateji hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb: “Görüləcək tədbirlər sırasında toxum və ting istehsalının təşviq edilməsi, toxum və ting istehsalçılarının fəaliyyətlərinin gücləndirilməsinə dəstək verilməsi, istehsalda keyfiyyətə nəzarət sisteminin yaradılması və sertifikatlaşdırma mexanizminin, eləcə də, toxumçuluq laboratoriyalarının fəaliyyətinin təkmilləşdirilməsi və digər bu kimi addımların atılması gözlənilir”. O, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi layihələr çərçivəsində toxumçuluq sektorunun inkişafı istiqamətində bir sıra işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. Əlavə edib ki, istər Dünya Bankı ilə birgə icra olunan Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi, istərsə də Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla icra olunan Kənd Yerlərinin Kompleks İnkişafı və BMT İnkişaf Proqramı ilə yeni icraya başlanan “Qlobal əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihələri üzrə bir sıra işlər görülüb.
M.Əliyev bildirib ki, bu gün Azərbaycanda özəl toxumçuluq sektoru ürəkaçan vəziyyətdə deyil. Onun sözlərinə görə, hazırda Azərbaycanda taxılçılıq sahəsində toxumlara olan tələbatın 30-35 faizi yerli istehsalçılar tərəfindən ödənilir: “Təbii ki, bunu da artırmaq lazımdır. Əsas prioritet istiqamət özəl toxumçuluğun inkişaf etdirilməsidir. Müxtəlif sahələri özündə əhatə edən kompleks tədbirlər həyata keçirəcəyik. Bu sahədə mövcud olan qanunvericiliyi inkişaf etdirmək istiqamətində müvafiq işlər görəcəyik". M. Əliyev bildirib ki, KTN ölkədə özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün onlarla birgə kooperativlərin yaradılması, özəl toxumçuların maddi-texniki bazasının yenilənməsini, onların maarifləndirilməsini həyata keçirməyi qarşıya məqsəd qoyub. Nazirlik rəsmisi deyib ki, KTN Azərbaycanda özəl toxumçuluq sahəsini inkişaf etdirmək üçün fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdıracaq: "Toxumçuluqla məşğul olan fermerlərə 1 milyon manat vəsait qrant şəklində veriləcək".

Bu il iki toxum təmizləmə zavodu istifadəyə veriləcək
M.Əliyev bildirib ki, bu il Azərbaycanda iki toxum təmizləmə zavodunun istifadəyə verilməsi planlaşdırılır. Onun sözlərinə görə, bu gün Azərbaycanda KTN yanında Toxum Fondu fəaliyyət göstərir: “Artıq toxum təmizlə zavodlarında işlərin 60-70%-i, demək olar ki, tamamlanıb. Həmin zavodlardan biri Xaçmazda, digəri isə Şəkidə yerləşir. Zavodda texnologiya xətlərinin quraşdırılması üzrə işlər davam etdirilir. Bu zavodlar beynəlxalq təcrübədən yararlanaraq toxumçuluğun inkişafına müsbət töhfəsini verəcək”.
M. Əliyev bildirib ki, bu zavodlarda ilkin olaraq strateji məhsullara üstünlük veriləcək: “Dövlət büdcəsindən daha üç zavodun tikintisi üçün vəsait ayrılıb. Bu zavodlar inşa edildikcə və onların sayları artdıqca, təbii ki, digər toxumçuluq sahələrinə də köməklik göstərəcəyik.".
Nazirlik rəsmisi bildirib ki, hazırda Tərəvəzçilik İnstitutunda çox vacib layihə həyata keçirilir: “Bu layihə tərəvəz toxumçuluğunun inkişafı ilə bağlıdır. Beynəlxalq təcrübəyə əsaslanaraq burada ram yenilənmiş laboratoriya, istixanalar, eyni zamanda tərəvəz toxumlarının istehsalı və emalı üçün xüsusi zavod tikilir. Zavodun ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu zavodda İsrail təcrübəsindən istifadə ediləcək. Bu zavodlar mərhələli şəkildə tikilib istifadəyə verildikdən sonra ölkəmiz toxumçuluq ixracatçısı ölkə olacaq”.

Mələk Çakmak : “FAO Azərbaycana özəl toxumçuluğun inkişafı sahəsində dəstək verməyə hazırdır”
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanda özəl toxumçuluğun inkişafının dövlətin prioritet sahələrindən biri olduğunu və sahəyə rəhbərlik etdiyi qurum tərəfindən lazımi dəstək veriləcəyini vurğulayıb. M.Çakmak qeyd edib ki, kənd təsərrüfatı sektorunun inkişafı qida təhlükəsizliyi baxımından da çox önəmlidir. Artıq bu sahədə FAO tərəfindən mühüm bir layihə reallaşdırılıb. Həmçinin kənd təsərrüfatı mütəxəssisləri və fermerlərlə keyfiyyət testi ilə bağlı treninqlər keçirilib.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin direktoru Anar Əzimov layihə çərçivəsində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 9 regional toxum sertifikatlaşdırma laboratoriyasının müasir avadanlıqlarla və mebellə tam təchiz edildiyini, Elmi Tədqiqat Əkinçilik İnstitutunun 6 regional təcrübə təsərrüfatına istehsal gücü saatda 2 ton olan müasir toxum-təmizləmə xətlərinin alınıb istifadəyə verildiyini bildirib.
Müşavirədə özəl toxumçularla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, nazirlik yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyasının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), Beynəlxalq Əmək Təşkilatının nümayəndələri də iştirak ediblər.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
20.07.2018
Prezident İlham Əliyev “Airbus” şirkətinin Avrasiya üzrə vitse-prezidenti ilə görüşüb
20.07.2018
Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru ilə görüşüb
20.07.2018
İlham Əliyev “Wilmotte & Associés Architectes” şirkətinin icraçı direktoru ilə görüşüb
20.07.2018
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Senatının sədri Jerar Larşe ilə görüşüb
19.07.2018
Prezident Fransada səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9664

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info