Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb
Tarix: 13.07.2018 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) respublikamızın bölgələrində yaratdığı filiallar fəaliyyətə başlamamışdan əvvəl xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil olunur. Cəmiyyətin 2016-2017-ci illərdə yaradılan filiallarında çalışan toxucular bu kurslarda xalçaçılığın sirlərinə yiyələniblər. “Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, qeyd olunan dövrdə tədris-hazırlıq kurslarına 1500 nəfər cəlb olunub. “Azərxalça” 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan daha 10 filialında çalışacaq toxucular üçün də tədris-hazırlıq kursları təşkil edib. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov Abşeron rayonunun Qobu qəsəbəsində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən qadınlarla görüşüb. Məlumat verilib ki, tədris-hazırlıq kursu hanalarla, avadanlıqlarla, xammalla, eyni zamanda xalçaçılıq sənətinə dair müvafiq ədəbiyyatlarla, dərsliklərlə təmin edilib. İndiyədək hazırlıq kursuna 50 nəfər cəlb olunub. Tədris-hazırlıq kursunda iştirak etmək üçün təkcə Qobu qəsəbəsindən deyil, yaxınlıqdakı Hökməli və Güzdək qəsəbələrindən də müraciətlər var. Vidadi Muradov Azərbaycanda xalçaçılığın tarixindən, ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd edilib ki, Goranboy, Tərtər, Kürdəmir, Şabran, Qobustan rayonlarında, Lənkəran şəhərində də belə kurslar təşkil olunub. Bu kurslar başa çatdıqdan sonra “Azərxalça” tərəfindən sertifikat verilən toxucular Cəmiyyətin filiallarında işlə təmin ediləcəklər.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info