NATO ölkələri hərbi xərcləri artırmaq qərarı verdi
Tarix: 13.07.2018 | Saat: 00:58:00 | E-mail | Çapa göndər


Tramp: “Ciddi irəliləyişə nail olunub. Hər kəs öz ödənişlərinin səviyyəsini əvvəllər təsəvvür edilməyəcək qədər yüksəltmək barədə razılığa gəldi”

Yens Stoltenberq: “ Toplantıda ittifaqa üzv ölkələrin hərbi xərclərinin 2024-cü ilədək 266 milyard dollar artırılmasına dair milli planlar təsdiqlənib”

“NATO-ya üzv 29 ölkənin dövlət və hökumət başçıları Brüsseldə keçirilən sammitdə 30 gün ərzində hazır olan 30 batalyon və 30 hava eskadrilyasının yaradılmasın təsdiqləyib.” Bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib. Bundan əlavə, sammitdə kibermüdafiə və hibrid təhdidlərlə mübarizə aparmaq üçün bölmələrin yaradılması təsdiqlənib. Həmçinin ABŞ və Almaniyada iki yeni qərargahın yaradılması qərara alınıb. Yens Stoltenberq bildirib ki, toplantıda ittifaqa üzv ölkələrin hərbi xərclərinin 2024-cü ilədək 266 milyard dollar artırılmasına dair milli planlar təsdiqlənib. ABŞ prezidenti Donald Tramp da NATO ölkələrinin hərbi xərclərini görünməmiş həddə qədər yüksəltmək barədə razılığa gəldiklərini açıqlayıb: “Ciddi irəliləyişə nail olunub. Hər kəs öz ödənişlərinin səviyyəsini əvvəllər təsəvvür edilməyəcək qədər yüksəltmək barədə razılığa gəldi”. O bildirib ki, il ərzində NATO ölkələri hərbi xərclərini 33 milyard dollar artırıb: “ABŞ NATO-da qalır və bizim ittifaqa bağlılığımız çox möhkəmdir”. NATO ölkələri sammitin yekun kommünikesində İranın nüvə proqramı ilə bağlı ümumi formullar barədə də razılığa gəliblər. Kommünikedə NATO ölkələrinin Tehrana Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə tam formada əməkdaşlığı davam etdirmək çağırışı yer alır. Kommünikedə bildirilir: "Biz İranın nüvə proqramının sülh xarakteri daşımasını onun beynəlxalq öhdəliklərinə uyğun olaraq (heç vaxt nüvə silahı hazırlamağa və ya almağa çalışmamaq) davam etdirməsini daimi əsasda təmin etmək niyyətindəyik. Biz İran üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə tam formada və vaxtında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayırıq". Yens Stoltenberq onu da bəyan edib ki, NATO-ya üzv 29 ölkənin dövlət və hökumət başçıları Makedoniyanı alyansa üzvlüyə dair danışıqların başlanmasına dəvət edib: “Biz ötən ay Skopye ilə Afina arasında ölkənin adının dəyişdirilməsi üzrə razılaşmanı alqışlamışıq, bu gün isə Makedoniyanı Alyansa üzvlüyə dair danışıqlara başlamağa dəvət etməyə qərar verdik”. Onun sözlərinə görə, ölkənin adının dəyişdirilməsi ilə bağlı razılaşma qüvvəyə mindikdən dərhal sonra Makedoniya NATO-nun 30-cu üzvü ola bilər. NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Brüsseldə keçirdiyi görüşdə deyib ki, Gürcüstan NATO-nun üzvü olacaq. Baş katib bildirib ki, NATO Gürcüstanın avroatlantik məkana inteqrasiyasını tam dəstəkləyir: “NATO-nun Gürcüstanla tərəfdaşlığı unikaldır. Gürcüstan alyansın ən əsas tərəfdaşı və etibarlı dostudur”. Y. Stoltenberq qeyd edib ki, Gürcüstanın NATO-ya üzvlüyünü alyansın üzvləri də dəstəkləyir: “Alyansın üzvləri buna dəstək verdiklərini təsdiqlədilər. Biz Gürcüstanın NATO-ya üzvlüyə hazırlığı istiqamətində birgə çalışmağa davam edəcəyik”. Marqvelaşvili isə Gürcüstanın NATO-ya üzvlüyü üçün bütün praktik alətlərin olduğunu deyib: “Gürcüstan NATO ilə əməkdaşlığın növbəti mərhələsinə keçməyə hazırdır”. Stoltenberqdən fərqli olaraq ABŞ prezidenti Donald Tramp Brüsseldə keçirdiyi mətbuat konfransında deyib ki, Gürcüstan indi NATO-nun üzvü olmayacaq. Tramp bildirib ki, Gürcüstanın alyansa üzvlüyü ilə bağlı şans yaranacaq: “Gələcəkdə onların belə bir şansı olacaq, amma indi yox”. Gürcüstan dövlət başçısı NATO sammitində olduğu vaxt ölkəsində yeni hökumətin tərkibi elan edilib. Gürcüstanın baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə hökumətin yeni tərkibini elan edib. Yeni strukturda üç nazir vəzifəsini itirib. Yeni hökumətdə əvvəlki kimi 14 deyil, 10 nazirlik və bir dövlət naziri vəzifələri qalıb. Nazirlərdən üçü isə dəyişib: elm, təhsil və mədəniyyət naziri vəzifəsinə Biznes Universitetinin rektoru Mixail Batiaşvili təyin olunub. İqtisadiyyat və davamlı inkişaf naziri postuna Georgi Kobuliya gətirilib. Q.Kobuliya Rusiyada özəl sektorda bizneslə məşğul olub. Maliyyə naziri vəzifəsinə isə “Gürcüstan Bank”ın sabiq baş direktoru Arçil Qaçeçiladze təyin olunub. Digər nazirlər isə vəzifələrində qalıblar. Regional inkişaf naziri Mayya Tsikitaşvili, ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili, xarici işlər naziri David Zalkaliani, daxili işlər naziri Georgi Qaxariya, ədliyyə naziri Teya Tsulukiani, müdafiə naziri Levan İzoria, məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri David Serqeenko, barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri isə Ketevan Tsexelaşvilidir. Yaxın günlərdə parlament hökumətin yeni tərkibinə münasibət bildirəcək.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info