“Təxribatçıların çağırışlarına inanmayın”
Tarix: 12.07.2018 | Saat: 21:11:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan dövlətçiliyinə qarşı atılan hər hansı çirkin addıma və ya təxribatlara cavab olaraq vətəndaş mövqeyi göstərilir


Azərbaycan xalqı dostunu və düşmənini çox yaxşı tanıyır. Ona görədir ki, ölkəmizdə təxribat yaratmağa cəhd göstərənlər istəklərinə çata bilmirlər. Biz son olaraq Gəncə hadisələrində bir daha bunun şahidi olduq. Cəmiyyət fitənə-fəsad törədənlərin çağırışlarına uymadı. Bunun ən əsas səbəbi xalq-iqtidar birliyinin güclü olmasıdır. Bu gün Azərbaycan dövlətçiliyinə qarşı atılan hər hansı çirkin addıma və ya təxribatlara cavab olaraq vətəndaş mövqeyi göstərilir. Elə məhz bu güc birliyinin nəticəsidir ki, xaricdəki soydaşlarımız da Gəncə hadisələrini pisləyirlər.
Rusiyada Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun sədri, elə Gəncədə böyüyüb boya-başa çatan Şamil Tağıyev qəzetimizə açıqlamasında baş verən hadisələri qürbətdən izlədiyini dedi: “Son günlərdə baş verən hadisələr bizi çox üzdü. Mənim uşaqlıq illərim bu gözəl şəhərdə keçib və bugünkü günə qədər Gəncədə hər baş verən hadisələrlə yaxından maraqlanıram. Bu dövlətin qurulmasında Gəncənin və gəncəlilərin böyük iştirakı olub və buna görə də bu dövləti qoruyub saxlamaq, ilk növbədə Cavad Xanın nəvələrinin boynuna düşür. İnşallah, bu məsələlərdə günahı olan adamlar tapılacaq və öz cəzasını alacaq, ən əsası isə budur ki, tək iştirakçılar yox, həm də milləti çöllərə tökən qüvvələr tapılacaq. Sadəcə olaraq bunu demək istəyirəm ki, gəncəlilər bəzi naməlum qüvvələrin oyununa uymasınlar, yaxınlarını itirən ailələrə isə rəhmət və səbir diləyirəm. Allah bizim birliyimizi qorusun. Dosta can, düşmənə qan. Yaşa, yaşa, çox yaşa, canım Azərbaycan”.

“Belə hadisələr bizi çox üzür”
Azərbaycan-Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Minəvvər Vahabova da Gəncədə baş verən iğtişaşlara görə çox üzüldüyünü dedi: “Axı vətəndaş da, polis də, hərbçi də özümüzük... Həyatlarını itirən polis işçilərinə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı veririk. Azərbaycanda baş verən belə hadisələr bizi çox üzür”.
O, dünyanın bütün ölkələrində problemlərin olduğunu dedi: “İndi Azərbaycanın bu qədər düşməni olduğu bir zamanda, gəlin, bu cür iğtişaşlara yol verməyək. Stabilliyimizi, asayişimizi pozmayaq, düşmənlərin dəyirmanına su tökməyək. Ailələr əzizlərini itirməsin, uşaqlar atasız, valideynlər övladsız qalmasınlar!”.

“Vətənimizdə belə terror əməllərinin olmasını lənətləyirik”

Pakistanda diaspor fəalı Şəhla İsayeva da Gəncə hadisələrini pislədi: “Bir də belə xoşagəlməz hadisələrin təkrarlanmasını istəmirik. Xalqımızdan xahişimiz budur ki, təxribatçıların çağırışlarına inanmasınlar. Bizim çox gözəl vətənimiz var. Biz Pakistanda Azərbaycanı təbliğ edirik və hər kəsə ölkəmizin sabitliyini nümunə göstəririk. Amma belə hadisələrin olması bizim də fəaliyyətimizə mənfi təsir göstərir. Azərbaycanlı azərbaycanlının qanını tökməsini heç bir halda qəbul edə bilmirik. Azərbaycan çox güclü ölkədir. Azərbaycan Prezidenti hər zaman xalqının yanında olduğu kimi, xalqımız da hər zaman dövlətin, Prezidentin yanındadır”.
Şəhla İsayeva dedi ki, Gəncə hadisələri zamanı savadsız cinayətkarları önə veriblər: “Onların şüarlarını Pakistanda terroristlər səsləndirirlər. Vətənimizdə belə terror əməllərinin olmasını lənətləyirik. Onlar, əsasən, öz ideyalarını sosial şəbəkələrdə yayırlar. Belə təxribatçı insanlar aidiyyəti qurumlar tərəfindən araşdırılıb tapılmalı və məsuliyyətə cəlb olunmalıdır”.

“Dövlətimiz və dövlətçiliyimiz etibarlı əllərdədir”
Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Samir İsgəndərin fikrincə, bu, cinayət hadisəsidir: “Bəzi başıboş qrupların bu cinayətdən pay çıxarmağa çalışaraq məsələləri fərqli istiqamətlərə yönləndirmək cəhdləri boşuna çıxacaq. İnanırıq ki, bu cinayətdə əli olanlar yaxın zamanda cəzalandırılacaq. Dövlətimiz və dövlətçiliyimiz çox möhkəm və etibarlı əllərdədir”. Samir İsgəndər bildirdi ki, Gəncədə polislərimizi şəhid edənlər xaindirlər: “Dövlətin polisinə, dövlət adamlarına əl qaldırmaq dövlətə əl qaldırmaqdır, səbəbi nə olarsa olsun! Millətimizin başı sağ olsun!”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.07.2018
Laura Mattarella “Şöhrət” ordeni ilə təltif edilib
18.07.2018
İtaliya ilə siyasi dialoq yüksək səviyyədədir
18.07.2018
Sözü bitən müxalifət
18.07.2018
“Xainlər cəzasını alacaq“
18.07.2018
AK internetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlayıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9664

1 “Babamızın şeirlərinə sahib çıxanlar var”
2 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
3 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
4 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival
5 “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info