UNEC-də İkili Diplom Proqramına başlanılıb
Tarix: 12.07.2018 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018/2019-cu tədris ilindən etibarən Universitetdaxili İkili Diplom Proqramına (UDİD) başlanılıb. UNEC-dən bildirilib ki, UDİD proqramı tələbələrə dörd il ərzində iki ixtisas üzrə iki diplom əldə etmək şansı yaradır. Proqrama qoşulan tələbələr iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı əldə edəcəklər. UDİD proqramına qeydiyyat iyulun 16-dan avqustun 15-dək aparılacaq. Proqramda yalnız birinci kursu bitirən, təhsil aldıqları müddətdə tədris olunan fənlərdən müvəffəqiyyət göstəricisi 71-100 arası olan və UNEC-də iqtisadiyyat və idarəetmə ixtisas qrupuna aid ixtisaslarda (maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, menecment, marketinq, kommersiya, statistika, biznesin idarə edilməsi, dünya iqtisadiyyatı) təhsil alan tələbələr müraciət edə bilərlər. UDİD proqramında iştirak ödənişlidir. Proqram üzrə ikinci ixtisasa müraciət edən tələbələr birinci ixtisasda nəzərdə tutulan və eyni olan fənləri yenidən dinləməyəcək. Onlar yalnız fərqli ixtisas fənlərini dinləyərək, müvafiq kreditləri toplayıb ikinci ixtisasa yiyələnəcəklər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.07.2018
Yanvar-iyun aylarında elektrik avadanlıqlarının istehsalı 84,1 faiz artıb
20.07.2018
Hər iki tədbirdə ümumilikdə 700-dən çox vakant iş yeri təqdim edilib
20.07.2018
İcbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı keçid planı hazırlanır
20.07.2018
 “Bakcell” “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək göstərib
20.07.2018
Bakıda MDB-yə üzv dövlətlərin DİN rəhbərləri Şurasının iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9687

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info