Azərbaycan prezidenti NATO Şimali Atlantika Şurasının görüşündə iştirak edib
Tarix: 13.07.2018 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub.
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev NATO-nun yeni mənzil-qərargahında keçirilən görüşdə iştirak edib.
Dövlət başçısı toplantıdan əvvəl türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviç ilə görüşüb.
Prezident İlham Əliyev Şuranın görüşündə çıxış edərək, Azərbaycanla NATO arasında güclü tərəfdaşlıq əlaqələrinin regional təhlükəsizlik və sabitlik məsələlərində mühüm rol oynadığını qeyd edib.
“2002-ci ildən başlayaraq Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə Əfqanıstanda çiyin-çiyinə xidmət edirlər. 2018-ci ilin yanvar ayından Azərbaycan Qətiyyətli Dəstək missiyasındakı hərbçilərinin sayını 30 faiz artıraraq 120 nəfərə çatdırıb.
Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusu üçün Etimad Fonduna maliyyə dəstəyi göstərib. Biz Azərbaycanda Əfqanıstan Ordusunun şəxsi heyəti üçün təlimlər təşkil edirik. Özündə 200-dən çox ictimai xidməti birləşdirən “ASAN xidmət” Əfqanıstanda tətbiq olunur.
Azərbaycan Qətiyyətli Dəstək missiyasına nəqliyyat və logistik dəstək də göstərir. Ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi bu missiyaya tranzit dəstəyi göstərilməsinə böyük dərəcədə kömək edib.
Ötən il Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik, keçən ay isə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi edib”, - deyə prezident qeyd edib.
Azərbaycan prezidenti çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunub: “Ermənistanın təcavüzündən əziyyət çəkən və bu təcavüz nəticəsində beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olunmuş, bir milyon soydaşına qarşı məlum acınacaqlı etnik təmizləmə törədilmiş Azərbaycan işğalın və dağıntının iqtisadi və humanitar nəticələrini yaxşı anlayır.
Azərbaycan NATO və bu təşkilatın üzv dövlətləri tərəfindən ölkəmizin siyasi müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və Ermənistanla münaqişənin bu prinsiplərə əsaslanan həllinə verdiyi davamlı dəstəyi yüksək qiymətləndirir.
Azərbaycan Əfqanıstanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin aradan qaldırması, ölkədə sülh və inkişafın əldə edilməsi işinə köməyini bundan sonra da davam etdirəcək”.
Daha sonra prezident İlham Əliyevin Brüsselə səfəri başa çatıb




 
Bölməyə aid digər xəbərlər
23.07.2018
Neftin qiyməti ucuzlaşır
22.07.2018
Rusiya kredit sazişi üzrə Ermənistana 200 mln. dollar dəyərində silah tədarük edib
22.07.2018
Prezident İlham Əliyev - jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi
22.07.2018
Ermənilər atəşkəs rejimini 93 dəfə pozub
22.07.2018
Azərbaycan milli mətbuatının yaranmasından 143 il ötür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Vüsalə Ağabəyli
Şahin Sərdarlı
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9687

1 “Gücüm çatan qədər Azərbaycanın Pakistanda təbliğatını aparıram”
2 “Babamızın şeirlərinə sahib çıxanlar var”
3 “Azərbaycanda sabitliyi pozmağa cəhd edənlərin cəzası ağır olacaq”
4 Elektrik enerjisi və qaz təchizatı sahəsində nəzarət qaydası təsdiqləndi
5 “Cavan”-dan hər kəs üçün qeyr-adi festival


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info