Paşinyan: «Avropanın Ermənistanla bağlı mövqeyi aydın deyil»
Tarix: 13.07.2018 | Saat: 21:17:00 | E-mail | Çapa göndər


Baş nazir Avropanın vəd etdiyi yardımın gecikməsindən şikayətlənib

Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa paytaxtlarının İrəvana dair mövqelərini aydınlaşdırmaq üçün Brüsselə səfərinin əsas nəticəsini nəzərdən keçirir. O, bu barədə Brüsseldə erməni jurnalistləri üçün təşkil edilən brifinqdə bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan Avropadakı tərəfdaşlarına aydınlıq gətirdi ki, inqilabdan sonra ölkə demokratik yolla inkişaf etmək niyyətindədir. Baş nazir bildirib ki, Ermənistan hakimiyyəti demokratiyanı xarici siyasət referansı deyil, daha çox, dəyərlər sistemi hesab edir. Erməni Baş nazirin sözlərinə görə, hazırkı məqamda Ermənistanın beynəlxalq tərəfdaşların maddi yardımına ehtiyacı olsa da, İrəvan dilənmə yolunu tutmayacaq. Eyni zamanda Nikol Paşinyan Avropanın Ermənistanla bağlı mövqeyinin tamamilə aydın olmadığından şikayətlənib: «Bir müddət bundan əvvəl Avropa İttifaqı Ermənistana 160 milyon avro məbləğində kömək etməyə hazır olduğunu bəyan etmişdi. Amma hələki bundan xəbər yoxdur. Mən bunu oradakı həmkarlarımın da nəzərinə çatdırdım». Paşinyan, bununla belə, «Avropa paytaxtlarının üzdə isti və mehriban ifadələrinin əksinə olaraq, İrəvana qarşı siyasətin dəyişməz qaldığını bildirib.
Qeyd edəilməlidir ki, böyük iddialarla Brüsselə gələn Paşinyan ümidlərinin gözündə qaldığını bildirməyə çalışmasa da, yenə də etiraf etmək zorunda qalıb: «Ermənistan dövləti Avropa paytaxtlarından daha konkret və geniş yardımlar gözləyirdi».
Lakin Paşinyan Brüsseldə erməni jurnalistlərə verdiyi açıqlamada bəzi mühüm şeyləri xatırlatmağı unudub. Bura Avropa İttifaqının Dağlıq Qarabağla bağlı dediyi «heç bir ön şərt ola bilməz» fikirdir. NATO-nun Azərbaycanın ərazi bütövlüyünə sadiqliyi etirafı fonunda, ən nəhayət İrəvanın «müqəddəratı təyinetmə» sənədi əldə etmək arzusu yenə də gözündə qaldı. Lakin bununla belə, ermənilər yenə də özlərini sındırmaq niyyətində deyillər. Paşinyandan «milli qəhrəman» yaratmağa çalışan ermənilər bu gün Ermənistandakı «korrupsiyaya qarşı təsirli bir mübarizə»nin tezliklə bəhrəsini verəcəyini bildirirlər. Onlar hətta Avropa İttifaqının ermənilər üçün ayırdığı ianəyə belə, ehtiyaclarının olmadığını bildirirlər: «Ermənistana Avropa İttifaqından maliyyə dəstəyi lazım deyil. Çünki hazırda təkcə İrəvanda ölkə ehtiyaclarını ödəyə biləcək təcrübəli korrupsiyalı məmurlar var» . Maraqlıdır ki,
bunu da Brüsseldə keçirilən brifinq zamanı Nikol Pashinyan deyib: «Biz bu gün ölkədə korrupsiyaya qarşı səmərəli mübarizə aparırıq. Ötən gün avropalı bir rəsmi şəxs proqram çərçivəsində Ermənistana müəyyən məbləğdə vəsaitin ayırılmasına hazır olduğunu bildirərkən, mən ölkədəki məşhur korrupsioner məmurlardan birinin adını çəkərək, «onu silkələsəm, təkcə cibindən bu miqdarda vəsait düşəcək».

Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Paşinyan hakimiyyəti iqtisadi proqramları həyata keçirməkdə acizdir”
14.12.2018
Lukaşenko Minsk qrupunun fəaliyyətini sərt tənqid edib
14.12.2018
Budapeştdə də etiraz aksiyası başlayıb
14.12.2018
Macarıstanın dövlət bayrağı Beynəlxalq Türk Akademiyasında qaldırılıb
14.12.2018
Rusiya səfirliyi Ermənistanda baş vermiş insidenti siyasiləşdirməyin əleyhinədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info