“Edam günü” filmi beynəlxalq festivalda mükafat qazanıb
Tarix: 14.07.2018 | Saat: 17:36:00 | E-mail | Çapa göndər



Barselona Film Festivalında azərbaycanlı yazıçı, prodüser Cəlaləddin Qasımovun “Edam günü” bədii filmi “Ən yaxşı danışıq bədii filmi” nominasiyasında qalib seçilib.
Filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov AZƏRTAC-a bildirib ki, ekran əsərinə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olub: “Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. “Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Mən həbsxana mövzusuna iki əks qütbə ziddiyyətli kontekstdən baxaraq orijinal yanaşma təqdim etdim”.
Filmdə baş rollarda Rövşən Kərimduxt, Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production” tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı 95 dəqiqədir.
C.Qasımov deyib ki, bu filmin çəkilməsinin əsas məqsədi bütün gənclərin içərisindəki istedadı tapıb üzə çıxarmaq, onların qabiliyyətini geniş kütləyə göstərməkdir: “Ekran əsərində məhkum olunmuş bir dustağın kamerada yaşadığı həyəcanlı anları göstərmişik. Filmin ssenarisini yazarkən Bayıl həbsxanasının SSRİ dövründə işləmiş işçiləri ilə görüşüb maraqlı məlumatlar toplamışam”, - deyə ssenari müəllifi bildirib.
Son bir ayda film 3 beynəlxalq festivalın qalibi oldu. ABŞ-da “Los Angeles CineFest”in, Böyük Britaniyada “Slumberjack” film festivalının və İspaniyanın Barselona şəhərində “Planet” film festivalının mükafatçısı olub.




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
El şairlərinin yaradıcılığı xalq ruhuna daha yaxındır
23.10.2018
Məni mənə qaytar görüm
23.10.2018
Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək
23.10.2018
Kiyevdə Nizami Gəncəvi adına park salınacaq
23.10.2018
“Uşaq kitab karvanı” İsmayıllıda

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10306

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
4 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub
5 Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info