Bu il Şəmkirdə 100 hektara yaxın yeni istixana tikiləcək
Tarix: 15.07.2018 | Saat: 00:11:00 | E-mail | Çapa göndər



2018-ci ilin birinci yarısında Şəmkir rayonunun bütün sahələrində dinamik inkişaf təmin edilib. Bu məqsədlə rayonda bir sıra layihələr uğurla icra olunub. Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayon icra hakimiyyətində Şəmkir iqtisadiyyatına investisiya qoyuluşunun həcminin artırılması ilə bağlı bir sıra işlər görülüb. Sahibkarlığın inkişafına yaradılmış əlverişli şərait nəticəsində 2018-ci ilin 6 ayı ərzində rayon üzrə 35 milyon 405 min 300 manat investisiya qoyuluşu həyata keçirilib. Həmin layihələrin reallaşdırılması nəticəsində yaxın gələcəkdə 2 min 460 yeni iş yerinin yaradılması planlaşdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri məlumat verir ki, bu barədə Şəmkir rayonunda 2018-ci ilin altı ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hesabat məruzəsində deyib.
Yığıncaqda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, bu ilin altı ayı ərzində Şəmkir şəhərinin Həzi Aslanov, 28 May və Bülbül küçələrində, ümumilikdə 15 min 900 kvadratmetr asfalt-beton örtüyü salınıb, 4 min 510 kvadratmetr sahəyə üzlük daşlar çəkilib.
Şəmkir-Çinarlı-Abbaslı avtomobil yolunun 15 kilometrlik hissəsinin yenidən qurulması işlərinə başlanılıb.
Rayonda kənd təsərrüfatının inkişafı və bu sahədəki problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülüb. 2018-ci ildə 43 min 10 hektar sahədə payızlıq və yazlıq bitkilər, o cümlədən 16 min 824 hektar sahədə taxıl əkilib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.
Cari ildə taxıl biçini mövsümündə bu günədək 40-a yaxın kombaynla 1968 hektar buğda sahəsi biçilib. Hər hektardan orta məhsuldarlıq 32,3 sentner olmaqla 6 min 357 ton buğda tədarük edilib. Həmçinin 2 min 38 hektar arpa sahəsi biçilib. Sahələrdə orta məhsuldarlıq 28,9 sentner təşkil edib. Bu vaxta qədər arpa sahələrindən 5 min 889 ton məhsul toplanıb. Hazırda biçin işləri davam etdirilir.
Bildirilib ki, hazırda ümumi sahəsi 958 hektar olan istixanalarda 6039 nəfər məhsul yetişdirməklə məşğuldur. Cari ildə rayon ərazisində 100 hektara yaxın yeni istixanaların tikintisi gözlənilir ki, onların da artıq 52,1 hektarı tikilib.
İstixanalarda yetişdirilmiş 100 min tondan artıq pomidor məhsulunun 61 min tonu gömrük sərhəd buraxılış məntəqəsindən keçərək Rusiya Federasiyasının müxtəlif şəhərlərinə ixrac edilib, 40 min tona yaxını isə respublikanın ərazisində satılıb.
Həmçinin hesabatda rayonun kənd və qəsəbələrində məktəb, uşaq bağçası və xəstəxanaların təmir və tikintisinin davam etdirildiyi də diqqətə çatdırılıb.
Sonra müxtəlif idarə və təşkilat rəhbərlərinin hesabat məruzəsi dinlənilib, ilin sonunadək rayon üzrə görüləcək işlər müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
17.10.2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir
16.10.2018
Astaranın Səncərədi kəndində körpələr evi-uşaq bağçası üçün yeni bina tikilib
16.10.2018
Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir
16.10.2018
Qusarın üç kəndində modul tipli məktəb binaları istifadəyə veriləcək
16.10.2018
9083 nəfərə reabilitasiya xidmətləri göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10261

1 Vətən uzaqda deyil
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
4 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
5 “Belarusda yaşayan azərbaycanlı gənclər yetərincə aktivdirlər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info