Kays Minasyan: “Ruslarla daha sərt danışmalıyıq”
Tarix: 15.07.2018 | Saat: 17:39:00 | E-mail | Çapa göndər



“Ermənistanın Baş nazirinin Brüsselə ilk səfəri zamanı NATO və AB-dəki görüşləri Ermənistanla Qərb arasındakı tərəfdaşlıq sahəsində yeni bir səhifə açır”. Bu fikirləri “1in.am” saytına Ermənistan Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Ruben Mehrabyan bildirib.

Nikol Pashinyanın Brüsseldə Fransa prezidenti Makron və Avropa İttifaqının Ali Komissarı Federico Mogerini ilə görüşlərini “yüksək görüş” kimi dəyərləndirən Mehrabyan bunu Ermənistandakı məxməri inqilabın inikası kimi dəyərləndirir. Erməni ekspert Ermənistan-NATO, Ermənistan-Avropa İttifaqı ilə münasibətlərin həm həyati və həm də strateji əhəmiyyətə malik oldugunu bildirərkən, bunun regionda sülhün bərqərar olmasına da “töhfə” verəcəyini bildirib.
Maraqlıdır ki, Paşinyanın səfərinin Ermənistan-Qərb münasibətlərinin inkişafı baxımından nə verəcəyini cavablandıran ekspert: “Baş nazir Paşinyanın Brüsselə səfəri Ermənistan-Qərb münasibətlərinin bütün potensialını hərəkət sahəsində başlamaqla yanaşı, bu münasibətlərə yeni bir təkan verəcək”-deyə bildirib.
Ermənistanın xarici siyasətini diversifikasiya etmək üçün hər bir imkan və potensialı olduğunu bildlrən Mehrabyan Paçinyanın səfərini ermənilərin qarşıya qoyduqları çətinlikləri aradan qaldırmaq və suverenliyini gücləndirmək kontekstində də böyük önəm kəsb erdəcəyini bildirib.
Baş verənlərin Ermənistan-Rusiya münasibətlərinə necə təsir edə biləcəyi barədə sualı cavablndıran erməni ekspert deyir ki, erməni tərəfi dəfələrlə vurğulayıb: bunun Ermənistan-Rusiya münasibətlərinə heç bir aidiyyəti yoxdur və olmamalıdır: “Mən yaxın gələcəkdə ölkəmiz və hökumətimizin zəhərli rus təbliğatı ilə üzləşəcəyini istisna etmirəm. Ancaq bu heç bir şəkildə Ermənistanın Rusiya olmadığını və heç vaxt Rusiyaya çevrilməyəcəyini gerçəkləşdirir”

Fransanın Strateji Araşdırmalar Mərkəzinin eksperti, politoloq Kays Minasyan da Paşinyanın Brüsselə səfəri zamanı Avropalı liderlərin “onunla görüşə can atmalarını” yüksək qiymətləndirib. Səfərin Ermənistandan daha çox Paşinyanın özü üçün vacibliyini vurğulayan Minasyan bunu Paşinyanın hələ ki, Qərbdə tanınmaması ilə bağlayır.
Erməni-rus münasibətlərinin mümkün nəticələri barədə danışan Kays Minasyan qeyd edib ki, erməni tərəfi antirus təbligatı nümayiş etdirməsə də, artıq bu ölkə ilə sərt danışmalıdır: "Biz artıq Paşinyanın hansı taktikanı təqib edəcəyimizi görürük. Deyəsən, ruslar da bunu anlayıblar.
Əgər belə olmasaydı, o, Brüsseldə olduğu müddətdə Ermənistanda "Qazprom Ermənistan" korrupsiya ilə əlaqədar problemlər yaratmazdılar. Bu nə deməkdir. Ermənilər ruslarla russofobia olmadan danışmalıdırlar. Əgər onların bizə hörmət etmək istədiklərini istəyiriksə, onda biz ruslarla bir az da sərt danışmalıyıq”.
Ağasəf Babayev










 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info