Dünya kuboku Fransa milli komandasına təqdim edilib
Tarix: 16.07.2018 | Saat: 02:47:00 | E-mail | Çapa göndər



Dünya kuboku Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qalibi Fransa milli komandasına təqdim edilib. APA-nın xüsusi müxbirinin "Lujniki" stadionundan verdiyi məlumata görə, DÇ-nin final matçında Xorvatiya yığmasına 4:2 hesabı ilə qalib gələn Fransa milli komandası tarixində ikinci dəfə dünya çempionu adına layiq görülüb

Final matçından sonra qalib Fransaya Dünya kuboku təqdim olunub. Təqdimat mərasimində FİFA prezidenti Canni İnfantino, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron, Xorvatiya prezidenti Kolinda Qrabar iştirak ediblər.
İlk öncə Dünya Çempionatının “ən gənc oyunçusu”, “ən yaxşı oyunçusu”, “ən yaxşı bombardiri” mükafatları sahiblərinə təqdim olunub.
Sonra isə Dünya Çempionatının mükafatçıları səhnəyə çıxıblar. Mükafatlar təqdim olunan zaman şiddətli yağış yağmağa başlayıb. Mükafat mərasimi şiddətli yağış altında keçib.
Prezidentlər qızıl və gümüş medalları mükafatçılara təqdim ediblər.
Dünya Kubokunu isə Fransa milli komandasının kapitatnına FİFA prezidenti Canni İnfantino təqdim edib.
Təqdimat mərasimində maraqlı anlar yaşanıb. Belə ki, Xorvatiya prezidenti Kolinda Qrabar FİFA prezidentinin əlində olan Dünya kubokunu öpərək qucaqlayıb.




 
Bölməyə aid digər xəbərlər
15.12.2018
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Everton”u məğlub edib
15.12.2018
Cüdoçumuz Rüstəm Orucov “World Masters” turnirinin finalına yüksəlib
15.12.2018
UEFA “Milan“ı cəzalandırıb
14.12.2018
“Qarabağ” komandası “Arsenal”a minimal hesabla məğlub olub
13.12.2018
“Gələn il üç Olimpiya İdman Mərkəzinin tikintisi nəzərdə tutulur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info