Varşavada böyük piton ilanın axtarışı müvəqqəti dayandırılıb
Tarix: 16.07.2018 | Saat: 03:59:00 | E-mail | Çapa göndər


Polşalı xilasedicilər Varşava yaxınlığında böyük piton ilanın axtarışını dayandırıb.
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Mühafizə Xidməti və "Animal Rescue Polska" heyvanların müdafiəsi təşkilatının birgə qurupu artıq bir həftədir ki, Polşa paytaxtı yaxınlığında Visla çayı sahillərində pitonu axtarır.
Çayın sahilində pələng pitonunun dəyişdiyi qabığı tapılıb. Məlum olub ki, nəhəng ilanın uzunluğu 5,3 metrdir. Mütəxəssislər yeni qabığını dəyişmiş ilanın xüsusən uşaqlar və ev heyvanları üçün təhlükəli olduğu barədə xəbərdarlıq ediblər.
Axtarışın müvəqqəti dayandırılmasına səbəb isə nisbətən soyuq havanın ilan üçün əlverişsiz olması, belə havalarda ilanın hərəkət etməyərək gizlənməsidir. Hərəkət etməyən ilan isə iz buraxmadığı üçün onun aşkarlanması çətindir. Havanın temperaturu yüksələndən sonra axtarışlar davam etdiriləcək.
Qeyd edək ki, nəhəng pitonun Visla çayı sahillərində necə peyda olması hələ də məlum deyil. Polis hazırda qeydiyyatdan keçirilmiş bütün pitonların yerlərində olub-olmadığını yoxlayır. Eyni zamanda polis insanların həyatı və sağlamlığı üçün təhlükə yaratma maddəsi ilə cinayət işi başlayıb.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Marsda zəlzələ olub
23.04.2019
Yaponiyada əfsanəvi “Mitsubishi Pajero” avtomobilinin dövrü başa çatır
23.04.2019
Həbsxanadan qaçan məhbus vətəndən ötrü darıxdığına görə polisə təslim olub
20.04.2019
Tədqiqatçılar Everestin hündürlüyünü yenidən ölçəcəklər
20.04.2019
Türkiyədə 1300 illik tarixi olan kitab ələ keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info