“Məxməri inqilab” komandası gözlədiyi maliyyə-siyasi dəstəyi ala bilmədi”
Tarix: 16.07.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Ermənistanın baş naziri Nikol Paşinyanın "məxməri inqilab"dan sonra Avropadan daha ciddi münasibət gözləyirdik" bəyanatı NATO və Avropa İttifaqının Brüssel sammitlərinin qərarlarının Ermənistanda doğurduğu böyük məyusluğun təzahürüdür.
Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
A.Quliyevin sözlərinə görə, N.Paşinyan açıq etiraf edirsə, deməli, onun ölkəsinin rəsmi Brüsseldən böyük gözləntiləri olub: "Məxməri inqilab"ın xərcini ona hazırlıq müddətində son dollarına qədər almış Paşinyanın rəsmi Brüsseldən daha nə təmənna umduğunu demək çətindir. Ancaq əgər özlərinin iddia etdiyi kimi, inqilabı qansız həyata keçirdiyinə və korrupsiya ilə mübarizə apardığına görə Avropadan əvəz istəyirsə, bunun yanlış olduğunu əvvəlcədən bilmək lazım idi. Paşinyanın böyük səhvi ondadir ki, dinc inqilabın və antikorrupsiya tədbirlərinin Ermənistandan çox guya Avropaya lazım olduğunu düşünüb. Həqiqətən də əvvəlki prezident Sarkisyanın komandasının korrupsiya ilə taladığı pulların üzə çıxarılmasının Avropaya isti-soyuğu yoxdur. Yəni parlament seçkisinin təşkili üçün Paşinyanın Avropadan azı 80 milyon avro vəsait almaq niyyətlərinin baş tutmaması xüsusilə məntiqli nəticədir. Bu gün əleyhinə böyük antikorrupsiya tədbirlərinin görüldüyü sabiq prezidentin komandası hələ qismən yerindədirsə, seçkiyə ayrılan yardımın hansısa hissəsinin mənimsənilməyəcəyinə Avropa strukturlarinda əminlik ola bilməz".
Baş redaktor bildirib ki, NATO və Avropa Birliyinin sammitlərinin İrəvanda doğurduğu məyusluq iki istiqamətdə özünü göstərir:
"Əvvəla, deyildiyi kimi, “məxməri inqilab” komandası gözlədiyi maliyyə-siyasi dəstəyi ala bilmədi. İkinci, Azərbaycan diplomatiyası hər iki sammitin rəsmi sənədlərində ərazi bütövlüyü prinsipinin birmənalı dəstəklənməsinə nail ola bildi. Bu, Qarabağ probleminin həlli tarixində Ermənistanın ən ağır diplomatik uğursuzluq səhifələrindən biri kimi qalacaq. Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin diplomatik məharətinin nəticəsi ortadadır. Prezident İlham Əliyev Ermənistanın daxildə demokratik hakimiyyət dəyişikliyi şousu qurmaqla Qarabağ probleminin həllində öz xeyirlərinə tarixi dönüş yaratmaq planlarını iflasa uğratdı. Ermənistanda səhvən düşünürdülər ki, hakimiyyət dəyişikliyini dinc demokratik proses kimi göstərə bilsələr, dünya Qarabağ məsələsində onlara daha böyük dəstək verəcək. “Məxməri inqilab”dan sonra Qarabağ uğrunda ilk həlledici Brüssel döyüşü İlham Əliyevin Paşinyan üzərində qələbəsi ilə bitdi".




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır
23.04.2019
Müxalifət ölkəmizdə keçirilən beynəlxalq yarışlara niyə qərəzli yanaşır?
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info