Ağcabədidə məhsul istehsalının həcmi 1,5 dəfə artıb
Tarix: 16.07.2018 | Saat: 12:26:00 | E-mail | Çapa göndər


2018-ci ilin birinci yarısında Ağcabədi rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul istehsalının həcmi 301.465,8 min manat olub. Bu, əvvəlki illə müqayisədə 1,5 dəfə çoxdur. Bu dövrdə 19.520,3 min manatlıq sənaye, 100.901,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 135.439,3 min manat investisiya yönəldilib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 44,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 10,2 faiz, əsas kapitala yönəldilən investisiyalar 2,5 dəfə artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Ağcabədi rayonunda 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib. Hesabat dövründə Ağcabədi şəhərinin Heydər Əliyev, Üzeyir Hacıbəyli prospektlərində, İsmət Qayıbov və Nəsimi küçələrində yerləşən çoxmənzilli yaşayış binalarında əsaslı təmir işlərinə başlanılıb. Hazırda Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması, Heydər Əliyev prospektində və Xəlfərəddin küçəsində abadlıq və təmir-bərpa işləri davam etdirilir. Hacıbədəlli-Pərioğullar-Təzəkənd kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri başa çatmaq üzrədir. Atçılıq kompleksinin, Sukanal idarəsinin inzibati binasının, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının, avtovağzal kompleksinin, “Asan xidmət” Mərkəzinin, Heydər Əliyev prospektində saat qülləsinin tikintisi aparılır, şəhər 7 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunur.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, 2018-ci təsərrüfat ilində rayonda 25 min 211 hektar sahədə buğda, 4551 hektarda arpa, 883,4 hektarda şəkər çuğunduru, 2116 hektarda soya, 892,35 hektarda tərəvəz, 540 hektarda bostan bitkiləri, 1654,50 hektarda qarğıdalı, 193,50 hektarda kartof və 10 min hektarda pambıq əkilib. 106 min 959 ton taxıl, 37 min 145,8 kiloqram barama istehsal olunub. Hazırda rayonda digər kənd təsərrüfatı bitkiləri istehsalı davam edir.
Diqqətə çatdırılıb ki, rayon ərazisində “Aqropark” yaradılması məqsədilə dövlət fonduna aid 4800 hektar qış otlaq sahəsinin təyinatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı əsasında dəyişdirilib. “Aqropark” ərazisində 1215 hektar sahənin suvarılması üçün 11 ədəd müasir pivot suvarma sistemi qurulub, nasos stansiyası tikilib istifadəyə verilib, 1050 hektarda soya bitkisi əkilib. Ərazidə bitki yağlarının emalı müəssisəsinin yaradılması da planlaşdırılır.
Qeyd olunub ki, rayonda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılır. 2018-ci ilin birinci yarısında rayonun yaşayış məntəqələrində 19 səyyar qəbul keçirilib. 3988 nəfərin iştirak etdiyi bu qəbullarda qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digər məsələlərlə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verilib.
Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, əldə olunan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Gəncə Dövlət Universitetində plan yerləri 94,9 faiz dolub
16.08.2018
Avqustun 17-də hava meteohəssas insanlar üçün əlverişli olacaq
16.08.2018
Muxtar respublikadakı təhsil müəssisələrinin 91 faizində istilik sistemi mövcuddur
15.08.2018
Naxçıvanda yeddi ayda 248 milyon 423 min kilovat-saatdan çox elektrik enerjisi istehsal edilib
15.08.2018
Masallıda məhsul yığımı ilə yanaşı sahələrdə yay şumu da aparılır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info