Türkiyə səfiri: “Azərbaycanda da dini bəhanə edərək terror törətməyə çalışan xainlər var”
Tarix: 16.07.2018 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Türkiyənin Azərbaycandakı səfirliyində 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinin ikinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. 
Tədbirdə Türkiyə səfiri Erkan Özoral, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, millət vəkilləri, KİV nümayəndələri və digər qonaqlar iştirak edib.  Əvvəlcə 15 iyul hadisələrinə dair filmin nümayişi olub. 
 Türkiyənin Azərbaycandakı səfiri  Erkan Özoral çıxışında deyib ki, 15 iyulda türk milləti kiminsə onun əvəzinə qərar verməsini qəbul etmədiyini dünyaya elan edib: "15 iyul milli dastanımızdır. Heç kim türk millətini zəncirlə bağlaya bilməz. Hər kəs bilsin ki, yer üzü var olduqca, bu millət dövlət və vətəninə sahib çıxacaq. O günü planlayanlar islam dinindən sui-istifadə etdilər. Azərbaycanda da islam dinini bəhanə edərək terror törətməyə çalışan xainlər var. Hər kəs bilməlidir ki, Azərbaycan və Türkiyə bu şərəfsizləri həmişə əzib yox edəcək gücdədir. Biz bu FETÖ-lərin, bütün şərəfsizlərin necə yox edildiyini birlikdə görəcəyik. O gün heç də uzaqda deyil". 
 Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycan və Türkiyə xalqları 15 iyul hadisələrini eyni əhvalda, məyusluqla qarşıladı. O bildirib ki, Azərbaycan xalqı və Azərbaycan prezidenti 15 iyul hadisələrini həyəcanla izləyib, Türkiyəyə öz dəstəyini  göstərib: “Düşünürəm ki, türk xalqı yaşadıqca, 250 şəhidin xatirəsi həmişə ehtiramla yad ediləcək. Yaşasın Türkiyə-Azərbaycan dostluğu!” 

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.10.2018
“Star“ NEZ-in açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir
21.10.2018
Xocalıda törədilənlər Azərbaycan xalqına qarşı soyqırımıdır
20.10.2018
Azərbaycan “Star“ nefr emalı zavodu kimi layihələrlə iqtisadi gücünü daha da artırır
20.10.2018
Sovet İttifaqı dağılandan sonra tarixə düşən ən qanlı faciə Xocalı faciəsidir
20.10.2018
“Star” zavodu Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük fayda verəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10297

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info