“Gəncədə terror törədənlər xarici dairələr tərəfindən ələ alınaraq istifadə edilib“
Tarix: 16.07.2018 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


“Gəncə şəhərində törədilmiş terror aktı ilə əlaqədar istintaq davam etdirilir”.
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Gəncədə terror törədənlər din adı altında gizlənmiş radikal qruplardır: “Onların din adı altında gizlənməsinin səbəbi odur ki, din həssas mövzudur. Araşdıranda məlum olur ki, həmin insanlar dinə o qədər də bağlı deyil, həmin insanlar xarici qruplar tərəfindən ələ alınaraq istifadə edilir”.
 
M. Qurbanlı qeyd edib ki, bu hadisələrin arxasında hansı dairələrin dayandığı araşdırılır: “İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır”.
 
Komitə sədrinin sözlərinə görə, Sumqayıtda da, digər yerlərdə də bu cür qruplar mövcuddur: “Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən profilaktik tədbirlər görülür. Hüquq-mühafizə orqanları tərəfindən Sumqayıtda aparılan işlər də həmin profilaktik tədbirlərin əsas istiqamətlərindən biridir. Bu işdə bütün cəmiyyətimiz bir aradadır, cəmiyyətimiz bu məsələdə dövlətçilik mövqeyi nümayiş etdirir və Gəncədə də əhali Azərbaycan dövlətinin, prezidentin yeritdiyi siyasəti birmənalı şəkildə müdafiə edir”.
 
M. Qurbanlı vurğulayıb ki, Azərbaycanda ictimai-siyasi sabitlik tam bərpa olunub. 
Tural




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib
22.10.2018
Açıq məkandakı qeydiyyatsız reklamlarla mübarizə gücləndirilir
22.10.2018
“DOST” mərkəzləri əmək qanunvericiliyi sahəsində işəgötürən və işçilərə metodiki köməklik göstərəcək
19.10.2018
Yüksək bal toplayan metropolitençi övladları ilə görüş keçirilib
19.10.2018
265 nəfər müharibə əlilinə minik avtomobili verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10297

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info