“Musiqi Axşamı” keçirilib
Tarix: 16.07.2018 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


“New Baku Hotel”-də “Musiqi Axşamı” keçirilib. Tədbirdə SKAL-ın Azərbaycan üzrə nümayəndələri, musiqisevərlər və işgüzar insanlar iştirak ediblər. Tədbiri Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti  Ruslan Quliyev açaraq qonaqları salamlayıb və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. “Musiqi axşamı” tədbirinin proqramına pianoçu Elçin Məmmədov müşayiəti ilə Kamran Rzayevin ifasında Azərbaycan, rus və ingilis bəstəkarlarının repertuarlarından mahnılar daxil edilib. Kamran Rzayev Rəşid Beybutovun repertuarından “Saçlarına gül düzüm”, “Sevgilim”, “Sənədə qalmaz”, Müslüm Maqomayevin repertuarından “Синяя Вечность”, Serovun repertuarından “Я люблю тебя до слез”, “Ты меня любиш”, Elvis Preslinin repertuarından “Always on my mind”, “Speak softly love”, Endi Uilyamsın repertuarından “Speak softly love” mahnılarını ifa edib. Tədbirdə ifa olunan mahnılar bütün qonaqların ürəyincə oldu. Tədbirin sonunda “New Baku Hotel” otelinin Satış və Marketinq departamentinin direktoru Tahir Məmmədov Kamran Rzayevə və pianoçu Elçin Məmmədova təşəkkürnamə təqdim edib.
“New Baku Hotel”-in baş meneceri və Skal İnternational Baku Turizm Peşəkarlar Birliyinin Prezidenti Ceyhun Aşurov tədbirlə bağlı bildirib ki, oteldə daim işgüzar insanları birləşdirən müxtəlif tədbirlər keçirilir. Tədbir işgüzar insanlara gözəl istirahət etməklə yanaşı öz işgüzar əlaqələrini də yaratmağa imkan verir. “New Baku Hotel”-in kommunikasiya planına uyğun olaraq 2018-ci ilin sonuna qədər SKAL-ın Azərbaycan üzrə nümayəndələri və işgüzar insanlar üçün müxtəlif tədbirlərin keçşirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, SMART Hotel Management şirkətinin nəzdnində fəaliyyət göstərən “New Baku Hotel” öz geniş otaqları, 7 Sky Restoranı və Terrası ilə qonaqların xidmətindədir.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Xaricdə Azərbaycan mədəniyyətini təbliğ edən şairəmizin kitabı nəşr olunub
23.04.2019
Özbəkistanda keçirilən “Ənənəvi təsviri incəsənət festivalı“nda Azərbaycan milli stendi təqdim olunub
23.04.2019
Musiqili Teatrda həftəsonu üç tamaşa göstəriləcək
23.04.2019
Timur Əsgərov “Cəvahirat” baletində çıxış edəcək
22.04.2019
Yaxşı ki bunları görmədi Nəsimi!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info