125 ailənin meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına dəstək veriləcək
Tarix: 16.07.2018 | Saat: 13:44:00 | E-mail | Çapa göndər


ƏƏSMN və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri v.i.e. Anar Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıblar.
A.Əliyev bildirib ki, imzalanan sənəd Prezident İlham Əliyevin sosial inkişaf kursunun yüksək səviyyədə həyata keçirilməsində Heydər Əliyev Fondunun fəal iştirakının növbəti göstəricisidir. O deyib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələri ilə sosial cəhətdən həssas qrupların sosial müdafiəsinə, onların qayğı mühiti ilə əhatə olunmasına mühüm töhfələrini verir.
Fondun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradıldığını qeyd edən A.Əliyev bildirib ki, Fondun prezidenti Mehriban Əliyevanın xeyirxah missiyasının davamı olaraq, Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan verib. Fondun mühüm sosial layihələrindən biri də “Məzun evi” Sosial Müəssisəsidir. Müəssisədəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olmuş 243 gənc mənzillə təmin edilib.
Anar Əliyev qeyd edib ki, imzalanan Memoranduma əsasən, Fondun “Regional İnkişaf” İB özünüməşğulluq proqramının icrasında ƏƏSMN ilə əməkdaşlıq həyata keçirməklə, intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılmasına öz dəstəyini verəcək. Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxışın təminatı ilə yanaşı, ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib. Proqramın icrasında əməkdaşlığa dair imzalanan Memorandumu digər ictimai təşkilatlar, biznes qurumları üçün bu sahədə birgə fəaliyyətə təşviq baxımından bir nümunə kimi də dəyərləndirmək olar. Nazirlik özünüməşğulluq proqramının icrası və genişləndirilməsi işlərində digər tərəfləri də əməkdaşlığa, birgə fəaliyyətə dəvət edir və buna hazırdır.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İB-nin sədri Məhəmməd Abdullayev vurğulayıb ki, Heydər Əliyev Fondu yarandığı gündən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşdırılmasına dəstək verən, eləcə də tariximizin, mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan həqiqətlərinin bütün dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələr reallaşdırır. Digər sahələrlə yanaşı, sosial məsələlərin həllinə, sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirlərinə də dəstək verilməsi üçün Fond tərəfindən ardıcıl və əhatəli layihələr, proqramlar həyata keçirilir.
Heydər Əliyev Fondunun fiziki qüsurlu və sağlamlıq imkanları məhdud şəxslərə, sosial müdafiəyə ehtiyacı olan digər vətəndaşlara dəstək istiqamətində həyata keçirdiyi layihələri diqqətə çatdıran M.Abdullayev Fondun təsis etdiyi “Regional İnkişaf” İB barədə də məlumat verib. O deyib ki, fəaliyyəti dövründə Birlik vətəndaşların mürasiətləri əsasında respublikanın regionlarında sosial, səhiyyə, təhsil, turizm, ekologiya və digər istiqamətlərdə çoxsaylı layihələr həyata keçirib.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və müvafiq qurumların dəstəyi ilə regionlarda aztəminatlı və şəhid ailələri üçün salınmış meyvə bağları özünüməşğulluğun təmin edilməsi və həmin ailələrin maddi rifahlarının yaxşılaşdırılmasında mühüm rol oynayır. Hazırda ƏƏSMN ilə imzalanan əməkdaşlıq Memorandumu da özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirməyə, regionlarda “Sosial bağlar” layihəsinin birgə həyata keçirilməsinə imkan verir.
Qeyd edək ki, Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı, “Regional İnkişaf” İB tərəfindən onlara aqrotexniki qulluq, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin bu təsərrüfatlardan əldə edəcəkləri gəlirlərin istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsində və digər istiqamətlərdə dəstək göstəriləcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək
16.08.2018
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
16.08.2018
Baş Prokurorluq və DİM mətbuat xidmətlərinin birgə məlumatı
16.08.2018
Xoşbəxt Yusifzadə “Azərbaycan polisinin 100 illiyi” yubiley medalı ilə təltif olunub
16.08.2018
Sahil Babayev əlilliyi olan şəxslərə göstərilən xidmətlərlə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info