“Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr olunub
Tarix: 16.07.2018 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


Fransanın “Lettre Diplomatique” jurnalının növbəti nömrəsi Azərbaycana həsr olunub. AZƏRTAC xəbər verir ki, jurnalda Şərq və Qərb arasında körpü rolunu oynayan ölkəmizin müstəqilliyinin 100 illik yubileyinin qeyd edilməsindən, iqtisadi inkişafından, “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsindən, beynəlxalq təşkilatlarla əlaqələrindən, mədəniyyətlər və dinlər arasında dialoq platforması olmasından bəhs edilir.
Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev jurnalda dərc olunan müsahibəsində 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, nailiyyətləri, eləcə də 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının uğurları, iqtisadi inkişafı, Fransa ilə ikitərəfli əlaqələri barədə danışır. O, həmçinin Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətindən söhbət açır, xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq təşkilatların onun həlli ilə bağlı qəbul etdiyi qətnamə və qərarları diqqətə çatdırır.
Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov, “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster və əməliyyat katibliyinin üzvü Ülkər Müller jurnalda universal sərgilərdə ölkəmizin uğurlu iştirakı, “Ekspo 2025” Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi, dövlət dəstəyi, seçilmiş mövzunun əhəmiyyəti haqqında ətraflı məlumat verirlər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Anar Kərimov və UNESCO-nun mədəniyyətlərarası dialoq şöbəsinin müdiri Ann-Belinda Preis bu təşkilatla ölkəmiz arasındakı əlaqələrdən, “Bakı Prosesi”ndən bəhs edirlər.
Jurnalda, həmçinin BMT yanında dami nümayəndəliyimizin rəhbəri Yaşar Əliyevin və Avropa Şurası yanında daimi nümayəndəliyimizin rəhbəri Emin Eyyubovun ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrinə dair məqalələri dərc olunub.
Bundan başqa, senator Alən Uperin və Milli Məclisin deputatı Cavanşir Feyziyevin Azərbaycan-Fransa parlamentlərarası əlaqələri ilə bağlı məqalələri də jurnalda yer alıb.




 
Bölməyə aid digər xəbərlər
13.10.2018
Yaponiyanın Baş naziri Şinzo Abe Çinə səfər edəcək
12.10.2018
Ermənistanda uğursuz Frankofoniya sammiti
12.10.2018
İrana neft sanksiyasında sürpriz dəyişiklik
12.10.2018
Türkiyədə amerikalı keşiş sərbəst buraxılıb
12.10.2018
Özbəkistan Prezidenti MDB iştirakçı-dövlətlərinin müdafiə nazirlərini qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10251

1 “Dədə Şəmşir xalq dastanlarının əvəzsiz bilicisi və mahir danışanı olub”
2 Dənizçilər təqaüddə olan həmkarlarını ziyarət ediblər
3 Vətən uzaqda deyil
4 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir
5 Krivoy Roqda azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbinin açılışı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info