“Təzkireyi-Nəvvab” əsəri yenidən nəşr edilib
Tarix: 16.07.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə görkəmli alim, təzkirəçi, ensiklopedik zəka sahibi, XIX əsrin məşhur ədəbi simalarından biri Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” əsəri çapdan çıxıb.
Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildirilib ki, təzkirənin birinci hissəsində Vaqif, Vidadi, Kərbəlayi Şəfi Valeh, Zakir, Cəfərqulu xan Arif Nəva, Məhəmməd bəy Aşiq, Aşıq Pəri, Abdulla bəy Asi və bu kimi 35 sənətkar, ikinci hissəsində isə Natəvan, Mehdiqulu xan Vəfa, Fatma xanım Kəminə, Həsənəli xan Qaradaği, Mirzə Rəhi Fəna, Məmo bəy Məmai, Mirzə bəy Məmai, Mirzə Həsən Yüzbaşov, Mir Möhsün Nəvvab, Mir İbrahim Nəvvabzadə, Hacı Abbas Agah, Mir Mehdi Xəzani və başqalarından ibarət 56 şair haqqında məlumat verilib və əsərlərindən nümunələr təqdim edilib.
Mir Möhsün Nəvvabın ilk dəfə 1998-ci ildə nəşr olunan “Təzkireyi-Nəvvab” əsəri oxucular tərəfindən böyük maraqla qarşılanıb. Kitabın tərtibçisi və “Ön söz”ünün müəllifi filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov əsərin təkrar nəşri üzərində bir il yarım işlədiyini, mətnin yeni variantını təzkirənin avtoqraf və müxtəsər əski çap nüsxəsi ilə sətirbəsətir tutuşdurduğunu, buraxılmış beytləri və hətta bütöv şeir parçalarını bərpa etdiyini deyib.
Qeyd edək ki, təzkirənin mətni təcrübəli mütəxəssislər akademik Teymur Kərimli və filologiya elmləri doktoru Paşa Kərimov tərəfindən redaktə edildikdən sonra Tünzalə Seyfullayeva tərəfindən korrektə olunub. Bu nəşrə əlyazmaşünas alimlərimiz Azadə Musayeva və Raqub Kərimovun verdikləri müsbət rəy onun elmi dəyər və mötəbərliliyini bir daha da artırır.
Kitabın tərtibçisi “Təzkireyi-Nəvvab” üzərində zəhməti olan mərhum alimlərimiz Nəsrəddin Qarayev və Fərrux Fərmanovu, təzkirənin əvvəlki nəşrinin redaktorları Məmmədağa Sultanov və Cahangir Qəhrəmanovu minnətdarlıqla yad edib. Kitaba əvvəlki nəşrdə olmayan geniş adlar göstəricisi - indeks və 25 Qarabağ şairinin avtoqraf əlyazma nümunələrinin surətləri də əlavə edilib. Yeni nəşrdən istifadə edənlər onun əvvəlki nəşrdən daha mükəmməl olduğunun şahidi olacaqlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Madonna 60 illiyini qeyd etdi
16.08.2018
Bakıda perulu rəssamların fərdi sərgisi keçiriləcək
13.08.2018
Emil Qədirov “Novaya volna-2018” müsabiqəsinin final mərhələsində
09.08.2018
Heydər Əliyev Mərkəzində Vyana Ştraus Festival Orkestrinin konserti keçiriləcək
08.08.2018
“Kitabi-türki” yenidən nəşr olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info