“1in.am”: “Paşinyan Brüssel səfərindən xeyli narazı qayıdıb”
Tarix: 16.07.2018 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Viqen Akobyan: “Avropa İttifaqı üçün Ermənistanla münasibətləri nəzərdən keçirmək məsələsi prioritet deyil və bu fakt artıq Paşinyana da bəlli oldu”

Böyük ümidlərlə Avropaya üz tutan erməni baş nazir Nikol Paşinyan Brüssel səfərindən xeyli narazı qayıdıb. Beynəlxalq tərəfdaşların köməyinə ümid edən Paşinyan əli ətəyindən uzun qayıtsa da, özünü sındırmadan onlara minnətçi düşməyəcəklərini bildirib: “Onların bizə qarşı hərəkəti müəmmalıdır, ona görə də, tərəfdaşlarımız öz hərəkətlərini aydınlaşdırmalıdırlar. Ermənistandakı məxməri inqilabdan sonra biz Avropa İttifaqından xeyli xoş sözlər eşitsək də, hələ ki, bizə qarşı siyasətdə heç bir dəyişiklik yoxdur. Avropa İttifaqının İrəvana qarşı siyasəti dörd ay əvvəlki siyasətin eynidir. Lakin mən düşünürəm ki, İttifaq bizə qarşı siyasətini əhəmiyyətli dərəcədə dəyişməlidir”. “1in.am” saytına verdiyi açıqlamada Paşinyanın sərt bəyanatını şərh edən erməni politoloq Viqen Akobyan baş nazirin həm inqilabın ilk mərhələsində, həm də sonrakı dövrdə Rusiya ilə münasibətlərə diqqət yetirdiyini önə çəkir. Politoloqun fikrincə, Rusiya ilə bağlı Paşinyana ünvanlanan suallara o, həmişə Moskva ilə siyasətdə heç bir dəyişikliyin olmayacağını, lakin düzəlişlər ediləcəyini bildirirdi: “Biz indi onun Avropa İttifaqı iddiasında da eyni şeyi görürük. Xüsusilə bu bəyanat inqilabdan sonra beynəlxalq strukturların Ermənistana kömək göstərəcəyinə dair gözləntilərin boşa çıxmasına işarədir. Belə görünür ki, Ermənistanın təklif etdikləri ciddi qəbul edilmir”. Erməni politoloq təsəlli kimi, bunu, hələ ki, Avropa İttifaqının daxili vəziyyəti ilə əlaqələndirir. Onun fikrincə, hazırda təşkilatın həm daxilində, həm də ABŞ-la bağlı problemləri mövcuddur. Ona görə də “indi Ermənistan onların heç yadına belə, düşmür”. Akobyan bildirib ki, Paşinyan Avropa İttifaqına qarşı diplomatik jestlərə son verməli və çox sərt bir şəkildə öz tələblərini ortaya qoymalıdır. Politoloq Paşinyanın Avropa İttifaqından Ermənistanın keçmiş hakimiyyəti ilə yeni hakimiyyət arasında fərq qoyacağını gözlədiyini etiraf edir: “Bu gün Avropa İttifaqı İrəvana qarşı həm siyasətdə, həm maliyyə yardımında, həm də investisiya yatırımında dəyişikliklər etməlidir. Avropa İttifaqı üçün Ermənistanla münasibətləri nəzərdən keçirmək məsələsi prioritet deyil və bu fakt artıq Paşinyana da bəlli oldu”. Digər erməni politoloq Qaqik Ambaryana görə, baş nazir Avropa İttifaqından müsbət yanaşma gözləyirdi: “Ukrayna, Gürcüstan, Qırğızıstan kimi ölkələr inqilabdan sonra Avropa İttifaqından böyük maliyyə yardımı aldılar. Lakin Ermənistana münasibətdə biz bunu görmədik”. Ambaryan bunun səbəbini İrəvanın hələ də Moskvadan asılılığı və ərazisində Rusiyanın hərbi bazası olan üç ölkədən biri olmasında görür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“ArmenianReport”: “Kreml Paşinyanla döyüşə başlayır”
19.08.2018
“İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
18.08.2018
Stepan Qriqoryan: “Koçaryan siyasətə öz iradəsi ilə qayıtmır”
17.08.2018
Vardan Bostanjyan: “Ermənistanda iqtisadi siyasət yoxdur”
17.08.2018
Sabiq erməni baş nazirin qızının evində axtarış

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9910

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info