“Məqsəd sabitliyi pozmaq idi”
Tarix: 17.07.2018 | Saat: 01:00:00 | E-mail | Çapa göndər


“Cəmiyyət arasında təbliğati və maarifləndirici tədbirlər daha da gücləndirilməlidir”
Məlum Gəncə hadisələri Azərbaycan dövlətçiliyinə qarşı təxribat etmək istəyənlərin planlarını ifşa etdi. Daha doğrusu, açıq-aydın göründü ki, bu cinayətlərin arxasında xarici və daxili qüvvələr dayanır. Prezident İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda dövlət başçısı da xüsusilə qeyd etdi ki, bizim siyasətimizə, iradəmizə şər qüvvələr heç cür təsir edə bilmir: “Onların son addımları göstərir ki, terrordan başqa, əllərində bir şey qalmayıb. Bu da keçməyəcək, necə ki, əvvəlki illərdə keçməyib. Azərbaycan dövləti bu dəfə də öz gücünü göstərib və göstərəcəkdir. Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar, məhkəmə qarşısında, ədalət qarşısında, xalq qarşısında cavab verəcəklər. Bunu təmin etmək üçün bizim kifayət qədər gücümüz, imkanlarımız var”.

Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə bizimlə söhbətində dedi ki, baş verən məlum hadisələrdən sui-istifadə edərək kənar qüvvələr ölkədə sabitliyi pozmaq üçün məhz Gəncəni seçdilər: “Bu hadisələrin təkrarlanmaması üçün gənclərin kənar təsirlərə düşməsinin qarşısı alınmalıdır. Universitet və kolleclərdə, orta məktəblərdə maarifləndirmə işlərini gücləndirmək, QHT-dövlət əməkdaşlığını gücləndirmək lazımdır. İctimai maarifləndirmə güclənməlidir. Çünki hadisələr göstərdi ki, əsasən, 30 yaşa yaxın adamlar bu hadisələrdə iştirakçı olublar. Demək, gənclərin sıralarında boşluq var”.
Məleykə Əlizadənin fikrincə, həmişə Azərbaycan tərəfindən böyük bir layihə yekunlaşan kimi nə isə baş verir: “Biz istehsalçı və ixrac edən ölkəyik. Məqsəd sabitliyi pozmaq idi. Xüsusilə də TANAP layihəsindən sonra xüsusi kəşfiyyat idarələri İpək Yolunun üzərində, əsas boruların keçdiyi yolun mərkəzində olan Gəncədə aranı qatmaq istəyirdilər”.
O qeyd etdi ki, bu hərəkatı dəstəkləyənlər istər daxildən, istərsə də xaricdən iqtidara müxalif olanlardır: “Onların mitinqə çağırışlarını sosial şəbəkədə izləyirdik. Və bildiyim qədərilə bir neçəsi də nəzarətə götürülüb”.

“Xalq öz dövlətinə və onun rəhbərinə inanaraq qətiyyət nümayiş etdirdi”
Dövlət İdarəçilik Akademiyasının doktorantı, politoloq Salman Umudov da bildirdi ki, zaman-zaman xaricdəki qara qüvvələr Azərbaycanda təxribatlar yaratmağa cəhd ediblər: “Təəssüf ki, bəzi hallarda daxildəki bir qrup nadürüst qüvvələr də onlara dəstək göstərib. Bəzən də din adı altında elə bu qüvvələrdən istifadə olunub. Biz Gəncədə baş verən hadisələrdə də bunu müşahidə etdik. Amma, həmişəki kimi, onlar yenə də istəklərinə çata bilmədilər. Cənab Prezidentin son müşavirədə qeyd etdiyi kimi cəhdlər əbəsdir. Biz bir daha əmin olduq ki, Azərbaycanın dövlət təhlükəsizliyi etibarlı əllərdədir. Hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə cinayətkarların bir hissəsi artıq zərərsizləşdirilib”. Salman Umudov dedi ki, xalq bu təxribatçı qüvvələrin çağırışlarına məhəl qoymadı: “Media və sosial şəbəkələrdə nə qədər aldadıcı çağırışlar edilsə də, cəmiyyət buna inanmadı. Xalq öz dövlətinə və onun rəhbərinə inanaraq qətiyyət nümayiş etdirdi. Azərbaycanın dövlət və dövlətçiliyinin təməlində də elə bu inam, qətiyyət dayanır. Bu, xarici və daxili mənfur qüvvələrə sarsıdıcı zərbə oldu”.
Onun sözlərinə görə bütün hallarda baş verən proseslər analiz edilməli, gözlənilən hər hansı sosial təhlükənin qarşısının alınması üçün profilaktik tədbirlər görülməlidir: “Xüsusən, sayt və sosial şəbəkələrdən yayılan yalan informasiyalara inanılmamalıdır. Bu kimi təxribatçı məlumatları yayanlar cəzalandırılmalıdırlar. Cəmiyyət arasında təbliğati və maarifləndirici tədbirlər daha da gücləndirilməlidir”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
13.12.2018
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
13.12.2018
Zurab Quberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
12.12.2018
Yuli Qusman: Azərbaycan – çiçəkləri Heydər Əliyev tərəfindən əkilən gülüstana çevrilib
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info