Gəncə hadisələri ilə bağlı daha bir neçə şəxs saxlanılıb
Tarix: 17.07.2018 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsd törətmiş Yunis Səfərovun əvvəllər hazırda İran İslam Respublikası ərazisində yaşayan Tohid İbrahimbəyli tərəfindən hərbi təlimlər keçmək və döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndərildiyi müəyyən edilib. Hüquq mühafizə orqanlarından AZƏRTAC-a bildiriblər ki, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib. Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bir sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər. Belə ki, istintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu il iyulun 10-da Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub. Həmin şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar.

Ümumilikdə 10 iyul hadisələrinə görə 22 nəfər həbs olunub
İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib. 10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib. Bir nəfər gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb. Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. Səkkiz nəfər barəsində isə axtarış elan olunub. Əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onu da qeyd edək ki, Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi – “Aslanlar” tərəfindən məhv edilib. Məlumatda bildirilir ki, R.Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olunub, həbs müddəti bitdikdən sonra isə Rusiya Federasiyasına gedib.
Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvü saxlanılıb
İyulun 15-də Sumqayıt şəhərində hüquq mühafizə orqanlarının qətiyyət və peşəkarlıqla həyata keçirdiyi əməliyyat nəticəsində radikal dini qrupların və onlara dəstək verən radikal müxalifət tərəfdarlarının 18 əsas fəalı saxlanılıb. Hüquq mühafizə orqanlarından AZƏRTAC-a bildiriblər ki, əsasən, xaricdən idarə olunan fəallar Gəncədə baş vermiş hadisələri Sumqayıt şəhərində təkrarlamaq, iğtişaş və qarşıdurma yaratmaq yolu ilə şəhərdə ictimai-siyasi sabitliyi pozmağı planlaşdırıblarmış. Onların fəaliyyəti barədə hüquq mühafizə orqanlarına daxil olan məlumatlar əsaslı şəkildə təhlil edilib, müvafiq tədbirlər vasitəsilə radikalların əlaqələri təsbit olunub və planları tam aşkara çıxarılıb. Məhz bundan sonra saxlama tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib. Hüquq mühafizə orqanları tərəfindən hazırda əməliyyat davam etdirilir. Xatırladaq ki, hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Prezident İlham Əliyev bu hadisələrlə əlaqəsi olan hər bir kəsin məsuliyyətə cəlb olunacağı və ədalət məhkəməsi qarşısında cavab verəcəyi barədə xəbərdarlıq etmişdi.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir
23.04.2019
Prezident: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23.04.2019
İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
23.04.2019
Lökbatan-Funikulyor istiqamətində müvəqqəti marşrut xətti təşkil edilib
23.04.2019
Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info