“Qara qızıl”ın qiyməti niyə azalır?
Tarix: 17.07.2018 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


ABŞ və Çin arasındakı ticari gərginlik qlobal tələbata mənfi təsir edir
Neftin qiyməti ABŞ və Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqlamaları fonunda ucuzlaşır. ABŞ-ın tez bir zamanda öz strateji neft ehtiyatlarından istifadə edəcəyi bildirilir. Belə ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası bahalaşan benzinin qiymətini sabitləşdirmək üçün 660 milyon barellik strateji neft ehtiyatlarından istifadəni nəzərdən keçirir. Bundan başqa, OPEC və müttəfiqlərinin neft hasilatını nəzərdə tutulandan daha çox artıra biləcəkləri açıqlanıb. Rusiyanın energetika naziri Aleksandr Novak deyib ki, bazarda ehtiyac olduğu təqdirdə OPEC və tərəfdaşları keçən ay razılaşdıqları neft hasilatının gündəlik 1 milyon bareldən daha çox artıra bilərlər. Xam neftin qiyməti ABŞ-ın İrana yenidən sanksiya tətbiq edəcəyini açıqlaması, Liviyada neft istehsalının kəskin azalması və bunun təklif riskinin artması ilə bağlı yaranan narahatlıqlar fonunda keçən ayın sonunda son 3 ilin maksimumuma çatmışdı. Lakin “qara qızıl”ın qiyməti ABŞ və Çin arasındakı ticari gərginliyin qlobal tələbata mənfi təsir etdiyi üçün yenidən azalmağa başlayıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, OPEC-ə üzv Körfəz ölkələri bazardakı itkiləri kompensasiya etmək üçün daha çox neft hasil edə bilərlər. Hazırda “Brent” markalı neftin bir bareli Londonun ICE birjasında 74,95 dollara, “Light” neftinin bir bareli isə Nyu-Yorkun NYMEX birjasında 70,49 dollara alıcı axtarır. Venesuelanın xam neft hasilatı iyun ayında da geriləyərək gündəlik 1,34 milyon barelə düşüb. OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, Venesuelada neft istehsalı ABŞ-ın sanksiyaları, eləcə də ölkədəki iqtisadi və siyasi böhranla əlaqədar iyunda da azalmağa davam edib. İyun ayında Venesuelanın neft hasilatı əvvəlki ayla müqayisədə təxminən 47,5 min barel azalaraq sutkada 1,34 milyon barelə geriləyib. Əvvəllər OPEC-ə üzv ölkələr arasında xam neft istehsalına görə 3-cü yerə yüksələn Venesuela bu ilin iyun ayında kartel üzrə hasilatda 4,15 faizlik payla 8-ci sırada qərarlaşıb. Liviyada da neft istehsalı azalıb. Ölkənin ən böyük neft istehsal edən Şerara bölgəsində neft hasilatı gündəlik 250 min bareldən 80 min barelə enib. Neft hasilatının azalmasına səbəb kimi təhlükəsizlik tədbirləri ilə bağlı yaranan problemlər göstərilir. Bununla əlaqədar olaraq “Şerara” neft yatağındakı 3 əsas stansiya bağlanıb və yalnız bir stansiyada istehsal davam edir. Liviya Milli Neft Təşkilatının məlumatına görə, ötən günlərdə silahlı qruplaşma tərəfindən bölgədə çalışan 4 işçi qaçırılıb. Onlardan 3-ü Liviya və biri isə Rumıniya vətəndaşıdır. Neft İxrac Edən Ölkələr Təşkilatına üzv olan Liviyanın neft hasilatının gündəlik 708 min barel olduğu qeyd edilir. Bu arada onu da qeyd edək ki, Böyük Britaniyanın özəl neft şirkəti “Savannah Petroleum PLC” Qərbi Afrika ölkəsi olan Nigerdə qazdığı quyuda neft aşkar edib. Əsasən, Niger və Nigeriyada neft-qaz əməliyyatları həyata keçirən “Savannah Petroleum” Nigerdə qazdığı “Kunama-1” quyusunda neft aşkar edib. Quyu Cənub-Şərqi Nigerdə yerləşir və o, şirkətin bu ölkədə qazdığı “Amdigh” və “Bushy” quyularından sonra 3-cü neft kəşfidir. Şirkət 2 min 460 metr dərinlikdə yüksəkkeyfiyyətli neft ehtiyatı aşkar edib və bu il ərzində istehsal üçün sınaq işlərinə başlayacaq.
Anar




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Fransa XİN rəhbəri Trampı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
09.12.2018
Parisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 1700 nəfəri ötüb
09.12.2018
İngiltərədə 130-a yaxın ictimai kitabxana bağlanıb
09.12.2018
Brüsseldə polis `sarı jiletlər`in aksiyasını dayandırmağa çalışır
08.12.2018
Fransada etiraz aksiyalarında 31 min nəfər iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info