Azərbaycan internet istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb
Tarix: 17.07.2018 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


“Kaspersky Lab”ın məlumatına əsasən, Azərbaycan istifadəçilərinin təxminən üçündən ikisi internetdə müxtəlif təhlükələrlə qarşılaşır. Bu göstərici, demək olar ki, son 18 ay ərzində dəyişməz qalıb. Belə ki, bu ilin birinci yarısında Azərbaycan istifadəçilərinin 61%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb. 2017-ci ilin analoji dövründə isə bu göstərici 60%-dən bir qədər çox olub.

Lakin “Kaspersky Lab”ın analitikləri ölkədə mobil zərərvericilər tərəfində yoluxmaların sayının azaldığını müşahidə ediblər. 2017-ci ilin ilk yarısında Azərbaycanda “Android” istifadəçiləri orta hesabla 6 zərərverici proqramla qarşılaşıb. Bu ilin eyni dövründə isə mobil zərərverici proqram təminatı tərəfindən bir istifadəçiyə olunan hücum cəhdləri 5-dək azalıb.

2018-ci ilin birinci yarısında “Android” platforması üçün mobil zərərverici proqram təminatı ilə qarşılaşan istifadəçilər sözügedən dövr ərzində bütün zərərverici proqram təminatı ilə qarşılaşmış istifadəçilərin 9,15%-ni təşik edib. Cari ilin yanvar-iyun aylarında Azərbaycan istifadəçiləri veb-maynerlər tərəfindən təxminən 850 min dəfə hücuma məruz qalıb.

“Bu gün kibertəhdidlərin müxtəlifliyi o qədər çoxalıb ki, onlara qarşı keyfiyyətli müdafiə həm vacib, həm də mühüm əhəmiyyət kəsb edir. Smartfon və kompüterlərimizdə dəyərli kontaktlar, əziz xatirələr qorunur, internet-brauzerlər bizim parol və bank kartlarımızın məlumatını yaddaşda saxlayırlar. Biz avadanlıqlarımıza həddindən çox etibar edirik ki, onları əsassız risklərə məruz buraxaq”, - deyə “Kaspersky Lab”ın Azərbaycanda regional nümayəndəsi Müşviq Məmmədov bildirib.

“Kaspersky Internet Security” etibarlı kompleks həlli istənilən kibertəhlükənin öhdəsindən gəlməyə kömək edəcək. Bu məhsul bütün növ zərərli proqramları və cinayətkarların taktiki hiylələrini müəyyən edir və bloklayır, daxilində mövcud olan xüsusi modullar isə daha vacib məlumatı müdafiə etməyə imkan verir. Məsələn, “Təhlükəsiz ödənişlər” komponenti vasitəsilə heç bir şeydən qorxmadan internetdə tranzaksiyalar həyata keçirmək, təhlükəsiz alış-veriş etmək və hesablar arasında pul köçürmələrini etmək mümkündür. “Antifişinq” sistemi isə fırıldaqçı təkliflərdən və saxta veb-səhifələrdən sizi xilas etməyə zəmanət verir.

*Məlumatlar “Kaspersky Security Network” (KSN) bulud infrastrukturunun köməyi ilə əldə olunub ki, bura istifadəçilərin razılığı ilə “Kaspersky Lab”ın məhsullarının fəaliyyəti barədə statistik məlumatlar göndərilir, o cümlədən istifadəçinin avadanlığında zəzərli proqram təminatının aşkar olunması ilə əlaqədar həllərin müdafiə komponentlərinin işə düşməsi ilə bağlı məlumatlar.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Manatın sabitliyi ilə bağlı heç bir problem gözlənilmir
23.04.2019
Prezident: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23.04.2019
İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
23.04.2019
Lökbatan-Funikulyor istiqamətində müvəqqəti marşrut xətti təşkil edilib
23.04.2019
Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info