Reabilitasiya Müəssisəsindəki uşaqlar üçün yoqa dərsləri keçirilir
Tarix: 17.07.2018 | Saat: 11:54:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində uşaqlar üçün yoqa dərsləri keçirilir.
Məqsəd uşaqlar arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və sağlam həyat vərdişlərinin formalaşdırılmasıdır. Uşaqların yoqa dərsləri Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Klassik Yoqa Məktəbi”nin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının dəstəyi ilə təşkil edilir. Həftədə üç dəfə olmaqla xüsusi ayrılmış yoqa müəlliminin göstərişləri əsasında açıq hava şəraitində uşaqlar sistemli şəkildə yoqa hərəkətləri edirlər.
Baxımsızlıq, kimsəsizlik səbəbindən sosial təhlükəli vəziyyətə düşən uşaqlar bu müəssisəyə qəbul edildikdən sonra burada onların digər həmyaşıdları kimi normal həyat tərzinə malik olmaları, təlim-tərbiyə sistemi ilə əhatə olunmaları üçün bütün müvafiq işlər aparılır. Onların burada müəyyən ilkin yaradıcılıq bacarıqları qazanmaları üçün də məşğələlər keçirilir.
İndiyədək müəssisəyə 66 uşaq qəbul olunub, onların əksər qisminin reabilitasiyası təmin edildiyindən artq müəssisəni tərk ediblər. Hazırda isə burada 16 uşaqla stasionar şəraitdə reabilitasiya işləri davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2018
Respublika Komissiyası: Fermerlərə daha 57,5 milyon manat subsidiya ödəniləcək
17.08.2018
Şərurlu fermerlər və onların ailə üzvləri müayinədən keçiriliblər
16.08.2018
Avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16.08.2018
Qubalı arıçı istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır
16.08.2018
Azərbaycanda ərzaq məhsullarının keyfiyyətini monitorinq etmək artıq telefonla mümkündür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9887

1 DSX rəisi at çapan qızla görüşüb
2 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
3 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq
4 Türkiyə mediası V Zirvə toplantısından yazır
5 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info