“AzerTelecom” və “STEP Kompüter Akademiyası” arasında memorandum imzalanıb
Tarix: 17.07.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC ilə STEP Kompüter Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. “AzerTelecom” və STEP Kompüter Akademiyası arasında memorandumun imzalanması informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsilin davamlı inkişafı, İKT sahəsində maarifləndirici proqramların icrası, elm, təhsillə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımı üçün əhəmiyyətli şərait yaradır. Əməkdaşlıq memorandumu “AzerTelecom” MMC-nin baş icraçı direktoru Fuad Allahverdiyev və STEP Kompüter Akademiyasının direktoru Aleksey Sleptsov arasında imzalanıb və bir sıra mühüm istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsini nəzərdə tutur.
“Memorandum qarşımızda yüksək texnologiyalar sahəsində təhsilin inkişafı, Akademiyanın şagird və tələbələrinin nəzəri və təcrübi biliklərinin artırılması üçün geniş imkanlar yaradır. “AzerTelecom” şirkəti cəmiyyətimizin davamlı inkişafını hədəfləyən, elm və təhsil yönümlü müxtəlif layihələri daim dəstəkləyir. STEP Kompüter Akademiyası ilə gələcək faydalı əməkdaşlığımız çərçivəsində birgə həyata keçirəcəyimiz yeni maarifləndirici layihələrin ümumi inkişafa töhfə verəcəyinə inanırıq” - deyə şirkətin baş icraçı direktoru Fuad Allahverdiyev qeyd edib.
Öz növbəsində STEP Kompüter Akademiyasının direktoru Aleksey Sleptsov bildirib ki, memorandum çərçivəsində birgə əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və İKT sahəsində təhsilin irəli aparılmasına şərait yaradacaq.
STEP Kompüter Akademiyası barədə:
STEP Kompüter Akademiyası 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 30 min tələbə və 85 min məzuna sahibdir.
“AzerTelecom" MMC barədə:
“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
SOCAR-ın Gürcüstan nümayəndəliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
18.01.2019
20 Yanvar hadisələri milli azadlıq hərəkatının başlanğıcıdır
18.01.2019
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Səudiyyə Ərəbistanında anım tədbiri təşkil olunub
18.01.2019
Azərbaycan xalqının iradəsi onun milli azadlıq uğrunda mübarizəsini boğmağa imkan vermədi
18.01.2019
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı kampaniya keçirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info