Nizami irsinin araşdırılmasına dəyərli töhfə
Tarix: 17.07.2018 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


“Mütərcim” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin “Nizami yaradıcılığında zərdüştilik” kitabı çapdan çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, monoqrafiyada ölkəmizdə ilk dəfə Nizami yaradıcılığında zərdüştilik elementləri geniş şəkildə tədqiq edilib. Belə ki, dahi şairin beş poemasından nümunələr göstərilərək zərdüştilik fəlsəfəsi təhlil edilib.
“Nizaminin dini görüşlərinin ədəbiyyatşünaslıqda qoyuluşuna dair”, “Nizamidə zərdüştiliyin qaynaqları” və “Nizamidə zərdüştilik fəlsəfəsi və ehkamları” fəsillərindən ibarət monoqrafiya Nizami irsinin araşdırılmasına yeni töhfə hesab oluna bilər.
İ.Quliyev, həmçinin bu sahədə əcnəbi alimlərin yanaşmalarına da öz münasibətini bildirib. Əsərdə zərdüştilik görüşləri ilə yanaşı, bu dinə xas ehkamlar, ayinlər, mərasimlər və terminlər ilk dəfə sistemli şəkildə araşdırılıb. Kitab Nizami Gəncəvinin əsərlərinin farsca orijinalı əsasında yazılıb.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktorları akademik Teymur Kərimli və professor Rafiq Novruzovdur.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Azərbaycanda Çernobıl əlilləri dövlətin qayğısı ilə əhatə olunublar
23.04.2019
Real TV-yə ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib
23.04.2019
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib
23.04.2019
Formula 1 yarışları ilə əlaqədar fasiləsiz elektrik enerjisi təchizatı tam təmin olunacaq
23.04.2019
Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info