FAO: “Azərbaycan pomidoru brend məhsuludur”
Tarix: 17.07.2018 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Azərbaycan pomidoru brend məhsuludur və əsasən keçmiş SSRİ ölkələrində çox yaxşı tanınır. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) beynəlxalq məsləhətçisi Olqa - Lavrentyeva “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən fitosanitar inspektorlar üçün pomidor ixracının sertifikatlaşdırılması üzrə seminarda deyib.
Qida Təhlükəsizliyi Agentliyinin Fitosanitar Nəzarəti şöbəsinin müdiri Xəyalə Dadaşova ölkəmizdə yetişdirilən pomidor məhsullarının çox keyfiyyətli olduğunu bildirib. Həmçinin qeyd olunub ki, bununla yanaşı, onun ixracı sahəsində fitosanitar tələblərin və orqanik məhsulların yetişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilməlidir.
Qusardan olan sahibkar Jalə Əmirbəyova ona məxsus torpaqlarda taxılla yanaşı, tərəvəz məhsullarının da yetişdirildiyini bildirərək, əsasən orqanik məhsullara üstünlük verildiyini söyləyib. Pomidorun böyük gəlir gətirdiyini nəzərə çatdıran sahibkar yaxın zamanlarda orqanik ferma yaradacağını və bu məqsədlə beynəlxalq təcrübəni öyrəndiyini deyib. Məqsəd həm də beynəlxalq sertifikatları almaqdır, deyə bəyan edib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Yaqub Cəfərov qeyd edib ki, pomidorun ixracı sahəsində Azərbaycan üçün ən böyük bazar Rusiyadır. Rusiyanın özündə hazırda pomidorun yetişdirilməsi üçün nəhəng istixanalar tikilir. Təkcə Krasnodar şəhərində Azərbaycan şirkəti 120 hektar sahədə istixana tikərək istifadəyə verib. Sözügedən sahəyə bu ölkədə hətta milyardlarla vəsait ayrılıb. Bununla belə, Rusiya fermerləri özləri də etiraf edirlər ki, Azərbaycanda günəşli günlər çox olduğundan pomidor keyfiyyətli və dadlıdır. “Ancaq təəssüflər olsun ki, Rusiyada Azərbaycan pomidorunun ixracı ilə bağlı bəzən süni problemlər yaradılır. Onun qarşısını almaq üçün beynəlxalq tələblərə uyğun məhsullar yetişdirilməli, fitosanitar nəzarət gücləndirilməlidir”, - deyə Y.Cəfərov bildirib.
Seminarda, həmçinin pomidor və tomat ixracının sertifikatlaşdırılması üzrə metodiki vəsaitin təqdimatı keçirilib və müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info