Torpaq idarəçiliyi ilə bağlı Ağcabədidə İşgüzar forum keçirilib
Tarix: 17.07.2018 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərdən öncə maarifləndirici işlər həyata keçirir. Komitə iri torpaq mülkiyyətçilərini, bələdiyyələri və digər hüquqi və fiziki şəxsləri bu sahədəki qanunvericiliyin tələbləri ilə mütəmadi olaraq tanış edir, onları tətbiq edilən yeniliklərlə bağlı məlumatlandırır. Növbəti maarifləndirici İşgüzar forum iyul ayının 17-də Ağcabədi rayonunda keçirilib. Tədbirdə yerli icra hakimiyyətləri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və media nümayəndələri iştirak ediblər.
İşgüzar Forumların keçirilməsinin əsas məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyəti qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırmaq, onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyini bildirməkdir. Eyni zamanda torpaq istifadəçilərinə bu sahədəki hüquq və vəzifələrini agah etmək, vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini bildirmək, torpaqların təyinatının dəyişdirilməsi qaydalarını izah etmək də forumun əsas vəzifələrindəndir.
Tədbirdə dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyasına zidd olaraq torpaq sahələrində tikintilərin aparılması barədə məsələlər izah olunub. Qeyd olunub ki, bəzi yerlərdə torpaqların münbit qatının korlanması ilə nəticələnən, mühafizə zolaqlarının tələblərinə riayət edilməyən torpaq istifadəçiliyinə rast gəlinir. Aparılan monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən karxanalar, süni göllər aşkar edilir. Bundan başqa bir sıra hallarda vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar.
Forumda kənd təsərrüfatı torpaqlarının istifadəsiz saxlanılması və ya kateqoriyasına zidd istifadəsi barədə məsələlər müzakirə edilib. Torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə bağlı yaranan məsələlər barəsində fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, artıq müxtəlif torpaq istifadəçiliyi ilə bağlı məlumat bankı yaradılır.
Daha sonra Komitə nümayəndəsi “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə” təqdimatla çıxış edib. Bundan başqa torpaqların təyinatının dəyişdirilməsi, bələdiyyə torpaqlarının ayrılması və hərraclar vasitəsilə satılması qaydaları da izah edilib. Bələdiyyələr tərəfindən torpaqlar ayrılan zaman komitənin rəyinin alınmasının vacibliyi bildirilib. Torpaq idarəçiliyində normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə məlumat verilib. Bundan başqa iştirakçılar bu sahədə müasir dövrün çağrışları nəzərə alınaraq tətbiq edilən yeni prinsiplər və mexanizmlər barədə informasiya əldə ediblər. Bildirilib ki, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə olunmasına başlanılır. Bu da torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcəkdir.
Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib. Onlara komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq zəruri izahatlar verilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info