Gənclərə dövlət qayğısının daha bir nümunəsi
Tarix: 17.07.2018 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


Dünya əhəmiyyətli tarixi abidələrə, füsunkar təbiətə, müasir infrastruktura malik olan Naxçıvan Muxtar Respublikasında turizm potensialının daha da gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə kənd turizminin inkişafına da xüsusi önəm verilir. Ağbulaq İstirahət Mərkəzi bu baxımdan daha çox diqqəti cəlb edir.
2016-cı il aprel ayının 2-dən muxtar respublika məktəblilərinin, ali təhsil müəssisələrinin təhsildə və ictimai işlərdə fərqlənən tələbələrinin, sağlamlıq imkanları məhdud uşaqların, idmançı gənclərin Ağbulaq İstirahət Mərkəzinə səyahətləri, həmçinin burada “Yay məktəbi”nin təşkili uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahətləri muxtar respublikamızın dilbər guşəsi ilə tanışlıqları baxımından əhəmiyyətlidir.
İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Naxçıvan Dövlət Universitetinin, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə Naxçıvan Dövlət Universitetinin 50-dək fəal tələbəsi bu imkandan yararlanıb. Həmin gün tələbələr səhər saat 9-da Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşüblər.
“Yay məktəbi”nin növbəti iştirakçıları ilk olaraq turizm mərkəzi ilə tanış olublar. Nahardan sonra tələbələr proqrama uyğun olaraq stolüstü idman oyunlarında iştirak ediblər. Oxunması zəruri olan kitablarla bağlı “Nə? Harada? Nə zaman?” intellektual oyun maraqlı anlarla yadda qalıb. Tələbələrin verilən sualları doğru cavablandırmaları onların oxunması zəruri olan kitabları maraqla mütaliə etdiklərini göstərib. Axşam isə vətənpərvərlik mövzusunda film nümayiş olunub.
İyulun 15-16-da da müxtəlif idman oyunları, konsert proqramları, Vətənə, xalqa, dövlətçiliyə bağlılıq aşılayan filmlər nümayiş etdirilib, tələbələrin Ağbulaq kəndinin ərazisinə gəzintiləri təşkil olunub, “Xəmsə” milli intellektual oyunları keçirilib, diskussiyalar aparılıb. Bütün bunlar tələbələrdə xoş ovqat yaradıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tahir Məmmədli ilə söhbətimizdə o, “Yay məktəbi”nin təşkilinin əhəmiyyətini qeyd edərək deyir ki, tələbələr burada asudə vaxtlarını səmərəli keçirirlər. Təşkil olunan tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, dünyagörüşlərinin zənginləşdirilməsində, yeni-yeni dostlar qazanmalarında, doğma yurdumuzun səfalı məkanları ilə tanış olmalarında mühüm rol oynayır.
Tələbələrin “Yay məktəbi”ndən razı qaldıqlarını hiss etmək çətin deyil. Onlar gün ərzində yorulsalar da, hər birinin üzündə təbəssüm, sevinc vardır. Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasının müəllimi, universitet Gənclər Təşkilatının sədri, Prezident mükafatçısı Zümrüd Səfərova bu barədə deyir ki, universitetin tələbələri Ağbulaq İstirahət Mərkəzinə gələn andan hər birində yüksək əhval-ruhiyyə, xoş ovqat hiss olunur. Çünki burada tələbələrin yaxşı istirahəti üçün hər cür şərait yaradılıb. Bütün bunlar muxtar respublikada gənclərə göstərilən böyük diqqət və qayğının nəticəsində mümkün olub. Buna görə dövlətimizə minnətdarıq.
Universitetin memarlıq və mühəndislik fakültəsinin memarlıq ixtisasının sonuncu kurs tələbəsi Anar Sadiqov isə diqqəti oxunması zəruri olan kitablarla bağlı keçirilən yarışlara, müzakirələrə yönəldərək qeyd edir ki, o, bədii ədəbiyyatı mütaliə etməyi çox xoşlayır. Bununla bağlı intellektual yarışların keçiriləcəyini biləndə çox sevinib. Anar yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirir və deyir ki, burada çoxlu yeni dostlar, həmfikirlər tapıb. Onlarla birlikdə oxuduğu kitabları müzakirə ediblər.
Hüquq fakültəsinin birinci kurs tələbəsi, Prezident təqaüdçüsü Günnar Fərəcova isə Ağbulaq İstirahət Mərkəzinə ilk dəfədir gəlir. Haqqında eşitsə də, bu mərkəzin belə gözəl, səfalı yerdə yerləşdiyini təsəvvür etmirmiş. O bildirir ki, buranın təbiəti çox gözəldir. Hər yer təmiz, səliqəli, havasına da söz ola bilməz. İstirahət üçün hərtərəfli şərait yaradılıb. Müxtəlif idman yarışlarının, intellektual oyunların keçirilməsi isə hər bir tələbənin ürəyincə olub.
Söhbətə qoşulan Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Aktyorluq ixtisasının 3-cü kurs tələbəsi Səyyad Məmmədov deyir ki, istirahət günlərində hər bir tələbə yoldaşında ruh yüksəkliyi hiss etdi. Universitetin fəal gəncləri üçün mərkəzdə “Yay məktəbi”nin təşkili bir daha onu göstərir ki, muxtar respublikamızda gənclərə, təhsilə böyük dövlət qayğısı var.
Qeyd edək ki, “Yay məktəbi”nin növbəti iştirakçıları bu gün Naxçıvan şəhərinə qayıdacaqlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Cənubi Koreyada Azərbaycanla bağlı tədbir keçirilib
20.08.2018
Cəlilabadda yol tikintisinə vəsait ayrılıb
20.08.2018
Prezident Qurban bayramı münasibətilə xalqı təbrik edib
20.08.2018
İlahiyyat İnstitutu keyfiyyətli tədrisi təmin edəcək kadr potensialına malikdir
20.08.2018
Rusiya və Azərbaycan birgə müəssisələr yaradacaqlar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9910

1 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
2 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
3 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
4 Kürşad Zorlu: ”Xəzərin statusuna dair razılaşma Türkiyə üçün də böyük əhəmiyyət daşıyır”
5 Orxan Camal Kazanda anılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info